BURA / ORA
Mişel Obamanın hekayəsi Tarix : 30 Dekabr 2019, 11:40
Yazar : Qadinkimi.com
"Becoming" təkcə Amerikada deyil, bütün dünyada 2019-cu ilin ən gözlənilən kitablarından biri idi. Keçmiş First Lady-nin satış rekordları qıran kitabı 10 aydır Amazonun prestijli kitab reytinqində ən üst sıradadır. Qısa zaman ərzində 32 dilə tərcümə olunan kitabda (türkcə "Benim Hikayem", rus dilində isə "Моя История" adı ilə çıxıb) Mişel (Michel) Obama uşaqlıq və gənclik illərindən tələbəliyə, əri - ABŞ-ın 44-cü prezidenti Barak Obama ilə tanış olmasına qədər sadə, ancaq kaloritli bir dildə həyat hekayəsini yazır.

Mişel Obama evliliyinin bəzi özəl tərəfləri ilə bərabər həyat yoldaşının sürətli siyasi karyerasındakı bəzi gizli məqamları dailk dəfə olaraq ortaya çıxarır. Onun Donald Trampa olan soyuq münasibəti və incikliyi də kitabın ən maraqlı bölümlərindən biridir.

2017-ci ildə Penguin Random House prezident Obama və arvadı ilə hər birinin ayrı-ayrılıqda memuarlarının çap edilməsi haqda anlaşma imzalayıb. Kontraktın dəyəri 60 milyon dollar olaraq bilinir. Barak Obamanın memuarlarının 2020-də çıxacağı ehtimal edilir. Barak və Mişel Obamalar əldə etdikləri gəliri First Lady-nin qurduğu xeyriyyə cəmiyyətinə keçirəcəklərini söyləyiblər.

Bir az əvvəl isə "Becoming"in 2019-cu ildə satışdan 36 milyon dollar qazandığını oxudum..





İbrahim Nebioglu 
qadinkimi.com