BURA / ORA
Millət vəkili ağac qətliamını dayandırdı - FOTO / VİDEO Tarix : 10 İyul 2019, 20:32
Yazar : Qadinkimi.com
Ankarada CHP-li millət vəkili Gamze Taşçıer ODTÜ-nün (Orta Doğu Teknik Universiteti) həyətində ağacların kəsilməsini dayandırmaq üçün universitetə getmək istəyib.
 
İçəri keçmək istəyərkən maşını polislər tərəfindən saxlanılıb və qarşısı dəmir hasarla kəsilib. 
 
Millət vəkili Gamze Taşçıer " Mən millət vəkiliyəm, toxunulmazlığım var. Mənim yolumu kəsə bilməzsiniz" deyə etiraz edib. Canlı yayın açaraq baş verənləri sosial şəbəkədə göstərən millət vəkili hər kəsin diqqətini bu məsələyə çəkib.
 
Daha sonra universitet rektoru ilə görüşərək ağac kəsiminin qarşısını alıb. 

Qeyd edək ki, bir neçə gündü tələbələr universitetin həyətindəki ağaclığın qətliamına qarşı çıxaraq gecə-gündüz orada növbəylə keşik çəkirlər. Daha sonra polis müdaxiləsi ilə hər kəs oradan uzaqlaşdırılıb.
 

 

 
Qadinkimi.com