FEMİNİZM
Məşhurların feminizm haqda düşüncələri Tarix : 08 İyul 2018, 16:09
Yazar : Qadinkimi.com
  1. Emma Watson

Qadın haqları üçün mübarizə aparmaq son zamanlarda "kişi düşmənliyi” ilə çox qarışdırılır. Bildiyim bir şey varsa, o da bunun bir an öncə bitməli olduğudur.

  1. Matt Damon

Ölmədən öncə etməli olduğum şeylər listim olsaydı, 4 qızımı da güclü, yaxşı bir qadın olmaqları üçün yetişdirməyi ilk sıraya qoyardım.

  1. Jhon Legend

Bütün kişilər feminist olmalıdı. Çünki əgər  kişilər qadın haqlarına önəm verərsə, dünya çox daha gözəl yer olar.

  1. Beyonce

Oğullarımıza bərabərlik və hörmət qaydalarını öyrətməliyik. Beləlilkə, böyüdüklərində gender bərabərliyi təbii həyat tərzləri olar. Qızlarımıza da çata biləcəkləri ən yüksək nöqtəyə çatmağın mümkün olduğunu aşılamalıyıq.

  1. Annie Lennox

Bu sadəcə güclü olmaqla əlaqəlidir. Kişilərdən daha güclü olmaqla deyil! Kişilərlə eyni müdafiə, dəstək və ədalət haqlarına sahib olmaq. Bu qədər.

  1. Taylor Swift

"Feminist deyiləm” demək , kişilərin qadınlardan daha çox haqqa və fürsətə layiq olduğunu müdafiə etmək deməkdir.

  1. Clarie Danes

Bəli, qadınlar əvvəl sahib olduqlarından daha çox azadlığa və təsirə sahibdirlər. Amma kişilərlə "bərabər” demək hələ də mümkün deyil. Çünki deyillər.

  1. Keria Knightley

İnsanlar zarafat edərkən bir-birilərinə "feminist oldun?” deyə sual verirlər. Sanki feminizm zarafat anlamından başqa anlamda ağıza alına bilməz, müzakirə oluna bilməz.

  1. Gemma Arterton

Feminist olmağın niyə hələ də bir tabu olduğunu bilmirəm.

  1. Prince Harry

Qadınlar gücləndiyində, ətrafındakıların  həyatlarını ölçülməz dərəcədə yaxşılaşdırırlar. Biz kişilər burda oynadığımız rolun fərqində olmalıyıq. Dürüst bir kişi qadınların qiymətini bilər və onlara layiq olduqları kimi dəyərli davranar.