BURA / ORA
Merkel ABŞ-İran konfliktindən danışıb : "Ciddi yanaşmalıyıq" Tarix : 22 İyun 2019, 17:07
Almaniya kansleri Angela Merkel hesab edir ki, dünya birliyi İranla ABŞ arasında yaranan krizisin sülh yolunu axtarmağa ciddi yanaşmalıdı. Bu barədə DPA agentliyi məlumat verib. 

"Hesab edirəm ki, təkcə ümid etməməliyik, həm də konfliktin sülhlə bitməsi üçün ciddi səy göstərməliyik. Məncə, siyasi həll olmalıdı",- Merkel deyib. 
Onun sözlərinə görə İran mövzusu Osaka şəhərində keçiriləcək iyirmilər sammitində də müzakirə ediləcək. Kansler qeyd edib ki, diplomatik çıxış yolunun olmasına əmindi. 

Eyni zamanda Merkel beynəlxalq siyasətdə birtərəfli addıma qarşı olduğunu vurğulayıb. "İdarəçi siyasət haqda hardasa güvənsizlik olduğu deyilib. Amma güvən olmadan beynəlxalq siyasət işləyə bilməz",- kansler əlavə edib. 

Qeyd edək ki, dördüncü gün The New York Times qəzeti ABŞ adminstrasiyasına istinadən prezident Donald Trampın İrana zərbə endirməklə bağlı razılıq verdiyini yazıb.

Bu qərar İran İnqilab Keşikçiləri Qvardiyasının Hava-Kosmik Qüvvələrinin Oman Körfəzinə çıxan Hürmüzgan ostanının Quhmübarək şəhərinin sahilində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Global Hawk" tipli pilotsuz uçan aparatın (PUA)  vurulub məhv edilməsindən sonra verilib. 
Daha sonra Tramp bu qərardan imtina edib.  

qadinkimi.com