BURA / ORA, QADIN / KİŞİ, GENDER
Qadın cinayətlərinə 'qırmızı ayaqqabı'larla etiraz - FOTO/VIDEO Tarix : 13 Yanvar 2020, 19:48
Yazar : Qadinkimi.com
Meksikada qadın cinayətlərinə diqqət çəkmək üçün 'qırmızı ayaqqabı'larla  etiraz edilib
 
Meksikanın paytaxtı Mexiko şəhərində yüzlərlə qadın həmcinslərinin itkin düşməsinə, şiddətə məruz qalmasına və öldürülməsinə diqqət çəkmək üçün şəhərin mərkəzinə qırmızı ayaqqabılar düzüblər.

Meksikalı sənətçi Elina Chauvetdən ilhamlanan etirazçılar günorta saatlarında qızmar istiyə baxmayaraq paytaxtdakı məşhur Zocalo meydanına toplaşıblar. Etirazçılar öldürülən qadın və qızları təmsil etmək üçün meydana rəmzi olaraq qırmızı ayaqqabılar qoyublar. Hər cüt ayaqqabı yox olan qadına, qırmızı rəng isə cinayətlərə işarədir.

Qırmızı ayaqqabılarla etiraz

Chauvet'in "Qırmızı ayaqqabı" layihəsi ilk dəfə 2009-cu ildə Meksikanın Ciudad Juarez şəhərində zorakılığa və qətllərə məruz qalan qadınlar haqqında məlumat vermək məqsədi ilə nümayiş olunub.

60 yaşlı rəssam Elina Chauvet şimal sərhədindəki Juarez şəhərində bacısının əri tərəfindən öldürülməsindən sonra bu nümayişi etmək qərarına gəlib.

İnstalyasiya daha sonra Meksika, ABŞ və Avropanın fərqli şəhərlərində nümayiş olunub.

Hökümət məlumatlarına görə, 2018- ci ildə ən azı 3,600 qadın öldürülüb. Birləşmiş Millətlər Təşkilatının (BMT) 2018- ci il qadın hesabatına görə, Meksikada qadınlara qarşı gündə 7-dən çox cinayət törədilib.


Mənbə: euronews.az
qadinkimi.com