BURA / ORA
Mc Donald`sın baş direktoru işçi ilə münasibətə görə azad edilib Tarix : 06 Noyabr 2019, 13:52

Mc Donald`sın baş direktoru işçisi ilə münasibəti olduğuna görə işdən çıxarılıb 


Dünyanın ən nəhəng fast food restoran şirkətlərindən biri olan Mc Donald`sın baş direktoru bir işçisi ilə münasibət yaşadığı üçün işdən azad edilib.

Mc Donald`sdan verilən rəsmi açıqlamada şirkətin CEO-su Stiv İsterbrukun (Steve Easterbrook) bir işçisi ilə qarşılıqlı istəklə münasibətə girərək şirkətin qaydalarını pozduğuna, məsuliyyətli davranmadığına görə işdən azad edildiyi bildirilir.

İngilis iş adamı olan İsterbruk da işçilərə e-maillə göndərdiyi mesajda işçisi ilə münasibət yaşadığını etiraf edib. İsterbruk "Şirkətin ümumi dəyərləri baxımından getməyimin lazım olduğu mövzusunda idarə heyəti ilə eyni fikirdəyəm” ifadəsini işlədib.

McDonald`s idarə heyəti üzvlərinin cümə günü ətraflı bir dəyərləndirmədən sonra 2015-ci ildən şirkətin baş direktoru olan İsterbrukun vəzifəsindən azad edilməsinə qərar verilib.

Şirkət İsterbrukun kiminlə münasibətdə olduğu haqqında məlumat verilməyəcəyini açıqlayıb. Şirkətin vəkili də bu istiqamətdə ünvanlanan sualları cavablandırmaqdan imtina edib.

İdarə heyəti McDonald`sın baş menecerliyinə ABŞ bölməsinin müdiri Kris Kempzinskini (Chris Kempczinski) gətirib. 


Qadinkimi.com