BURA / ORA
Mahsun Kırmızıgül Mübariz Mənsimovdan yazdı Tarix : 18 Mart 2020, 18:10
Yazar : Qadinkimi.com
Türkiyənin məşhur sənətçisi Mahsun Kırmızıgül martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı Mübariz Mənsimov barədə sosial şəbəkədə paylaşım edib.

Qadinkimi.com xəbər verir ki, sənətçi rəsmi facebook səhifəsində status yazaraq M. Mənsimova dəstək olub, ona azadlıq diləyib:

"Türkiyədən tək quruş qazanmadan dünya dənizlərində gəmiçilik edərək bütün qazancını bu ölkəyə yatıran Azəri xalqının qiymətlisi, Türkiyə sevdalısı  dostum Mübariz Mənsimov dünən gecə çıxdığı məhkəmədə tutularaq cəza evinə salındı. 20 illik dostumun bir an öncə azadlığa qovuşmasını diləyirəm. Sonuna qədər yanındayam".


qadinkimi.com