BURA / ORA, GENDER
“Las Tesis” dalğası Los Angelesdə - FOTO Tarix : 20 Dekabr 2019, 15:50
Yazar : Qadinkimi.com
25 noyabrda Çilidə qadınların gözü qapalı "təcavüzçü sənsən” deyərək başlatdığı "Las Tesis” rəqsi bütün dünyaya yayılır. Rəqs dalğası yayılmağa davam edərkən bir münasibət də Los Angelsdən gəlib. 

Los Angelsdə təmizlik işçisi qadınlar, xüsusilə böyük şirkətlərdə baş verən cinsi təcavüz və istismara səssiz qalınmasını "Las Tesis” rəqsi ilə protesto edib. Əllərində süpürgə və gözü qapalı onlarla təmizlik işçisi qadın Los Angelsin mərkəzində La Live meydanında etiraz aksiyası təşkil edib.
 



Los Angelsdə yerləşən "Starbucks” da təcavüz hadisələrində adı çox hallanan böyük şirkətlərdən biridir. Yürüş zamanı şirkətin önündə qısa bir müddət duran qadınlar etiraz şüarları səsləndiriblər. Onlar nümayişə daha çox diqqət çəkmək üçün üzərində şirkətin loqosu olan önlüklər də geyiniblər. 

Nümayişə qatılan 42 yaşlı Karmen Sançez bir neçə il öncə bir işçi kimi haqlarının pozulduğunu bildirir. O, rəhbərlərdən birinin ofisini təmizləyərkən bir gecə təcavüzə uğradığını söyləyib. O vaxt bunu bildirməkdən qorxan Sançez "Məlumat azlığı var idi, nə edəcəyimi bilmirdim” deyib. Bu səbəblə də onun kimi danışmaqdan qorxan bütün işçilər üçün nümayişə qatılmaq qərarını verdiyini bildirib. 
 


"Las Tesis” Çilinin Valparaiso şəhərində fəaliyyət göstərən bir teatr qrupudur. Qrup Çilidəki təcavüz hadisələrinə diqqət çəkmək üçün mahnı söyləyib, rəqs edərək bütün dünyada səs-küy yaratmağa nail olub. 
 


Bu rəqs bütün dünyada feminist qruplar üçün fenomen halına gəlib. "Las Tesis” mahnısının sözlərində qadın cinayətləri, oğurlanma və təcavüz hadisələrinə diqqət çəkilir. 
 


Orijinalı ispanca olan mahnının sözlərində "qatillərin cəzasız qalması, harada olduğum və necə geyindiyim səhv deyil. Mahnıda "Təcavüzçü sən idin, sənsən” deyilərək hakimlər, dövlət başçıları və təzyiq göstərən dövlət "kişi təcavüzçü” adlandırılır. 

Mahnının sözlərində təcavüz hadisələrinə və buna göz yuman səlahiyyətli şəxslərə səslənilir. 

Mahnının sözlərinin Azərbaycanca tərcüməsi:

Patriarxal bir hakim
doğulmağımızı mühakimə edir
və cəzamız
görmədiyin şiddət bu
Bu, qadın cinayəti.
Qatilimin cəzasız qalması.
Bu ortadan yox olma.
Təcavüz.
Və mənim səhvim deyildi, harada olduğum və ya necə geyindiyim
Təcavüzçü sən idin. Təcavüzçü sənsən.
Polis,
Hakimlər,
Dövlət,
Prezident
Təzyiq göstərən dövlət bir kişi təcavüzçüdür. 
Təcavüzçü sən idin. Təcavüzçü sənsən.
Sakitləş məsum qız,
cani barədə düşünmədən,
gözəl və gülümsəyən xəyalın üçün.
Karabinero, sevgilin üçün narahat ol! (Karabinero - çilili polislərə verilən ad)
Təcavüzçü sən idin. Təcavüzçü sənsən.


qadinkimi.com