BURA / ORA
Kraliça II Yelizaveta Brexit məsələsini həll etdi Tarix : 09 Sentyabr 2019, 19:40
Tass informasiya agentliyinin verdiyi məlumata görə, İngiltərə kraliçası II Yelizaveta baş nazir Boris Conson tərəfindən layihənin ciddi tənqid olunmasına baxmayaraq, Brexitin təxirə salınması qanununu təsdiq edib.
 
Qeyd edək ki, Brexit İngiltərənin Avropa Birliyindən çıxması prosesinə verilən addır. 

Qanun Birləşmiş Krallığın Avropa Birliyindən 31 yanvar 2020-ci il tarixindən gec olmayaraq ayrılmasını təklif edir. Bundan əvvəl də Brexit təxirə salınmışdı.
Başlanğıcda İngiltərənin Avropa Birliyini 2019-cu il 29 martda tərk edəcəyi gözlənilirdi.
 
Amma İngiltərənin hökümət üzvlərinin razılığa gəlməmələri baş nazir Tereza Meyin istefasına gətirib çıxaran siyasi böhran başlatdı. Nazirlər Kabinetinin yeni rəhbəri Boris Conson təyin olunduqdan sonra Brexitin tarixi 2019-cu il 31 oktyabr olaraq müəyyən edildi.
Yeni təxirə salınma tədbiri isə "sərt” Brexit səbəbilə təhlükələrlə üz-üzə qalacaq İngiltərə iqtisadiyyatı üçün mənfi nəticələrin aradan qaldırılması məqsədilə hazırlanıb.
Bu qanun Boris Consonu ölkənin AB-dən çıxmasını təxirə salmağa məcbur edir. 19 oktyabra qədər London və Brüssel Brexit şərtləri məsələsində razılığa gəlməsə, AB İngiltərənin təşkilatdan çıxmasını təxirə salacaq. 

qadinkimi.com