BURA / ORA, SƏNƏT
Konsertinə gecikən Madonna məhkəməlik oldu-fanatı şikayət yazıb Tarix : 11 Noyabr 2019, 19:49
Dünyaca məşhur müğənni Madonnanın konsertlərə davamlı gec başlaması pərəstişkarlarının qəzəbinə səbəb olub.

Müğənninin 17 dekabr tarixində "Madame X Tour" turnesi çərçivəsində verəcəyi konsert biletlər satıldıqdan iki saat sonraya təyin olunduğu üçün Nate Hollander adlı bilet sahibi Madonnanı və tur təşkilatçılarını məhkəməyə verib.

Əslində, saat 20.30-da başlamalı olan konsert üçün ümumi dəyəri min dollardan çox olan üç bilet alan Hollander, daha sonra konsertin iki saat sonraya təxirə salındığını öyrənir.

Ertəsi gün səhər saatlarında uşaqlarının məktəbə, özünün işə getməli olduğunu bildirən bilet sahibi konsertə getməkdən imtina edir. Hollander biletlərini ləğv edib pulunu geri almaq üçün təşkilatçılara müraciət etsə də, tələbi rədd edilir. Biletlərini Ticketmaster saytında satmaq istədikdə isə konsert saatındakı dəyişikliyin biletlərin dəyərini azaltdığını görür və ödədiyi məbləği geri ala bilmir. Belə olduqda Madonna və təşkilatçılardan şikayət etmək qərarına gələn Hollander ərizəsində qeyd edib ki, Madonna və təşkilatçılar əvvəlki konsertdə növbəti konsertin axşam 8.30-da başlamayacağını bildikləri halda bunu izləyicilərə bildirməyiblər. 

Madonnadan isə videolu cavab gəlib: 'Kraliça gecikməz'.
 


Gecikmələrlə bağlı gələn çoxsaylı tənqidlərə cavab olaraq pop kraliçası Tvitterdən öz konsert videosunu paylaşıb. Videoda piano arxasında oturan müğənni "Hamınız anlamalısınız ki, kraliça əsla gecikməz" deyib.
 



qadinkimi.com