SƏNƏT
Kamalə Abiyevanın yeni şeirlər kitabı işıq üzü görüb Tarix : 17 Sentyabr 2019, 23:13
Yazar : Qadinkimi.com
Qadinkimi.com xəbər verir ki, dəyərli pedaqoq, şairə-publisist Kamalə Abiyevanın "Elm və təhsil” nəşriyyatında "İrəvanda diz qoysam” adlı yeni şeirlər kitabı nəşr olunub.

İlk dəfə işıq üzü görən bu kitabda sevilən şairəmizin son illərdə yazdığı müxtəlif mövzulu şeirlərin bir qismi yer alıb.

Qeyd edək ki, kitabın redaktoru yazıçı, dramaturq, filosof  Firuz Mustafa, dizayneri Kamran İbrahimov, texniki redaktoru Yadigar Mirbağırzadədir.

Kitabın ilk təqdimatı Yasamal rayonu 31 №-li məktəbdə 5 oktyabr "Müəllim günü”ndə keçiriləcək.
 
 
 
Qadinkimi.com