SƏNƏT
Kabil küçələrinə rəng gətirən feminist rəssam Shamsia Hassani: "İncəsənət müharibədən güclüdür.." Tarix : 07 Oktyabr 2018, 13:03
Yazar : Qadinkimi.com
Əfqanıstanın paytaxtı Kabildə yaşayan feminist qraffiti sənətçisi Shamsia Hassani, divarlara qadınlarla bağlı graffiti çəkir. Hassani, çəkdiyi qadınları "evdə oturmaq istəməyən, yeni bir başlanğıc istəyən, enerji dolu, həyatdan daha böyük bir qadın" olaraq ifadə edir. Tərk edilmiş, bombalanmış divarlara sprey boyalarla ikinci həyat verən feminist rəssam "İncəsənət müharibədən güclüdür" deyir.
 



 

Bəs nədir bu qraffiti? Bu sənət növü necə yaranıb? Gəlin bu kimi sualların da qısa izahını verək. 
Graffiti divar yazıları və şəkillər ilə özünü ifadə edən vizual tətbiqetmə sənətidir və "graphic” yəni "təsvir” sözündən gəlir.
Grafitti küçə sənətidir. Rep, Hip-Hop necə bir mədəniyyətdirsə, Graffiti də hardasa repə paralel bir mədəniyyətdir.
 
Tarixi isə demək olar ki, ilkin mağara adamına qədər, qayaüstü rəsmlərə qədər gedib çıxır. Hətta Pompeydəki divar yazılarının graffiti olduğu ehtimal edilir. Qədim Misir dönəmində insanların keçdikləri yerlərdəki divar və qayalardakı qoyduqları, şəkil və yazılardan ibarət izlər graffitinin ilk addımları sayılır.
 
 
Amma ümümi inkişafı II Dünya müharibəsi ilə başlayır. Almaniyanı Şərq və Qərb hissəyə bölən məşhur Berlin divarına həkk olunan təsvirlərdən sonra daha geniş kütləyə yayılmağa və ümumi marağa səbəb olub.
Graffiti çəkənlərə "writer" deyilir. Graffitilər çox zaman sosial mesajları özündə əks etdirdiyi üçün writerləri anarxist, komunist adlandırırlar.