BURA / ORA, QADIN / KİŞİ
Jalə Əliyeva İslamiadada qızıl medal qazanıb Tarix : 15 Avqust 2022, 20:04


Azərbaycan idmançısı Jalə Əliyeva yunan-roma güləşi yarışlarında V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. O, nigeriyalı Ester Kolayevanı 14:6 hesabı ilə məğlub edib. Bundan öncə mart ayında Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında rəqibinə ciddi fərqlə (6:2) qalib gələrək Avropa çempionu olmuşdu. 


Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.


qadinkimi.com