BURA / ORA
İsveçdə yaşayan soydaşımız Rahim bəy kimdi? Tarix : 25 İyun 2019, 17:06
Yazar : Qadinkimi.com
25 iyun rejissor, İsveçdə yaşayan yaradıcı, fədakar həmvətənimiz Rahim Sadıqbəylinin doğum günüdü. 

Rahim Sadıqbəyli 25 iyun 1965 tarixində Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsində (1982), Moskvada ali rejissorluq və ssenari kurslarında (1989-1991) təhsil alıb.

"Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti və ikinci rejissor (1988-1993), AzTV-də rejissor (1993-1998), ANS-də prodüser və efir rejissoru (1998-1999), İnternews Azərbaycanda prodüser (1999-2000), STV-də redaktor (2000-2001), ATV-də yaradıcılıq işləri üzrə vitse-prezident (2001-2003) vəzifələrində çalışıb. 

2003-cü ildən İsveçdə yaşayır. 2010-cu ildə İsveçin 3-cü böyük şəhəri olan Linköping bələdiyyəsində Web TV kanalının prodüsseri və 2011-ci ildən ictimai telekanal olan UR-də sujetlər prodüseri kimi fəaliyyətdədir. Xaricilərə ünvanlanmış proqramlar departamentinin prodüseri və məsləhətçisidir.
 
Vətəni Azərbaycan adına gördüyü işlər saysızdı. Rahim bəy daim vətəninin mədəniyyəti, tarixi günləri və şəxsiyyətləri, milli bayramları, Qarabağ problemi, işğal olunmuş torpaqları, xüsusilə Xocalı soyqırımı ilə bağlı tanıdıcı tədbirlərin təşkilatçısı olub.
 
O, hazırda Azərbaycanca yayımlanan SAM TV-nin təsisçisi və rəhbəri, Stockholm Azərbaycan Mədəniyyət Mərkəzinin təsisçilərindən biri, İsveç Xarici Jurnalistlər Assosiasiyasının İdarə Heyətinin üzvüdü. İsveç parlamentdə xüsusi müxbir, "İnternational Media Group” Qeyri Hökümət Təşkilatının sədri, yüzlərlə diospora tədbirinin təşkilatçısıdı.

Filmoqrafiyası: Doğma sahillər (1989, tammetrajlı bədii film) – rejissor assistenti Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – yaradıcı heyətin üzvü Qətl günü (1990, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor (gənc Zülfüqar), Nakəs (1991, tammetrajlı bədii film) – ikinci rejissor, Əzablı qurtuluş (1993, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, Qisas günü (1993, qısametrajlı sənədli televiziya filmi) – ikinci rejissor, "Atikva” ümid deməkdir (1994, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi, Azərbaycan vətənimdir. Nisim Nisimov (1994, qısametrajlı sənədli televiziya filmi) – ikinci rejissor, İşğal (1994, qısametrajlı sənədli televiziya filmi) – rejissor assistenti, Qara ney (1994, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi, Hacı Arif (1995, qısametrajlı sənədli televiziya filmi) – ikinci rejissor, Novruz (1995, qısametrajlı sənədli televiziya filmi) – rejissor, Bəyaz həyat (2003, bədii serial) – rejissor, ssenari müəllifi.
 

 
 
Mənbə: qaynarinfo.az


Qadinkimi.com