SƏNƏT
İsveçdə "Stockholm Azərbaycan Mədəniyyət Mərkəzi" Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Dünən iyunun 1- də İsveçdə Azərbaycan dərnəklərinin təsisçiliyi ilə Stockholm Azərbaycan Mədəniyyət Mərkəzi - Azerbajdzjanska Kultur Centrum Stockholm (qısa adı AKC Stockholm) yaradılıb. Mərkəzə təsisçi dərnəklərin üzvləri arasından 7 nəfərlik idarə heyəti və iki nəfərlik əvəzedici heyət seçilib. Rejissor Rahim Sadıqbəyli yekdilliklə İH-nin sədri seçilib. Mərkəzin əsas üzvləri qadınlar və uşaqlardır. Stokholm Azərbaycan Mədəniyyət Mərkəzi İsveçin və Azərbaycanın önəmli günlərini böyük tədbirlərlə qeyd etməyi planlaşdırır. Bundan başqa inteqrasiya, əsasən uşaqların doğum günləri, tələbələrə yardım və treninqlərin təşkili də plana daxildi. Treninqlərə Azərbaycandan və İsveçdən mütəxəssislər cəlb olunacaq.


 

Qadinkimi.com