BURA / ORA
İrlandiyada abort qadağası götürüldü Tarix : 08 İyul 2018, 16:10
Yazar : Qadinkimi.com

İrlandiyada abortu qadağan edən konstitusiya maddəsi referenduma çıxarılandan sonra cəmiyyətdə xeyli ziddiyyətli mövqelər yaranıb. Sorğular, hökumətin və parlamentin dəstəklədiyi - abortun sərbəst buraxılması mövqeyini üstün sayanların çox olduğunu göstərir. Mətbuat referendum öncəsi bir vaxtlar qatı Katolik olan ölkənin dəyərlərinin müzakirəyə çıxarılmasını referendum öncəsi gündəmə gətirib. "Abortu məhdudlaşdıran qanunlar yalnız qadınların sağlığını təhlükəyə atır", ABŞ düşüncə mərkəzi olan "Guttmacher"-in Sağlam Artım İnstitutunun Rəhbəri Anın Starrs, The Daily Telegraphdakı yazısında deyib. "Hər il dünya miqyasında təxminən 25 milyon riskli abort keçirildiyi ehtimal edilir, halbuki doğru şəkildə edildikdə, bu təşəbbüs son dərəcə sadə və etibarlıdı. Riskli abort hallarının çoxuna, abort qanunlarının sərt olduğu ölkələrdə rast gəlinir. Hamiləliyin dayandırılmasının qadağan olması, abort qadağası deyil, yalnız etibarsız şəkildə aborta qadağa qoyulması anlamına gəlir. Belə ki, aparılan araşdırmalar göstərir ki, aborta qadağa qoyan, ya da kəskin nəzarət edən ölkələrlə, bu prosesin sərbəst olduğu ölkələrdəki abort sayı eynidi". Qeyd edək ki, İrlandiyada nəhayət illər sonra 68% səs çoxluğu ilə abort sərbəst buraxıldı.