BURA / ORA
Mey Mask: "Oğlumu ziyarətə getdiyim zaman qarajda qalmalı oluram" Tarix : 18 Sentyabr 2022, 13:49
Yazar : Qadinkimi.com
"Tesla” və "SpaceX” kompaniyalarının rəhbəri, amerikalı sahibkar İlon Mask verdiyi müsahibələrin birində evi olmadığını və dostlarının evində qaldığını bildirib.

Mask həm "Bloomberg milyarderlər siyahısı"na görə, həm də "Forbes” jurnalının milyarderlər siyahısına görə dünyanın ən varlı adamıdır. Araşdırmaya əsasən hazırda Maskın sərvəti 257.3 milyard dollardır. Məşhur sahibkar hər nə qədər pula pul deməsə də, müsahibələrinin birində öz şəxsi evinin olmadığını bildirib. Mask "Hal-hazırda evim belə yoxdur, dostlarımın evində qalıram” deyib.

 
Məşhur milyarderin anası Mey Mask da öz açıqlamasında oğlunun dediklərini təsdiqləyib.

Britaniyanın nüfuzlu "The Times” qəzetinə müsahibə verən 74 yaşlı Mey Mask oğlunun mal-mülklə çox maraqlanmadığını və hətta evi olmadığını qeyd edib. 50 ildir modellik edən Mey Mask "Oğlumu ziyarət etmək üçün Texasa getdiyim zaman qarajda qalmalı oluram” deyə bildirib. 

"Raket sahəsinin yaxınlığında lüks bir evimiz də yoxdur" deyə açıqlamasına davam edən ana oğlunun Marsa insan göndərmək arzusundan da danışıb. İlon 2026-cı ilə qədər Marsa insan göndərmək istəyir. Lakin ana Mask bu səfərlə bağlı çox da həvəsli olmadığını qeyd edib.
 
 

Hazırladı: Günel Deniz
qadinkimi.com