BURA / ORA
Çilidən sarsıdıcı görüntülər - Etirazçılar kor oldu FOTO/VİDEO Tarix : 21 Noyabr 2019, 21:55
Yazar : Qadinkimi.com
Çilidə oktyabr ayında günlərcə davam edən etirazların acı nəticəsini göstərən video görüntülər yayılıb. Bu görüntülərdə gözlərini itirmiş yüzlərlə insanın yürüşü yer alır. 
 
 
Qeyd edək ki, Çilidəki etirazlar hökumətin ölkənin yarıdan çoxuna tətbiq olunan komendant saatını uzatmasına səbəb olub.

Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşma nəticəsində 23 nəfər ölüb, 1218 nəfər yaralanıb, 2600 nəfər həbs edilib.
Etirazlar paytaxt Santyaqoda metro biletlərinin qiymətinin dörd faizdən çox artması ilə başlayıb.
 

 
Çili dövlətinin iqtisadi böhrana, yoxsullaşmaya etiraz edən xalqla davranışı bu görüntülərlə bütün dünyaya yayılıb. Çili dövlət başçısı Sebastian Pinera bir aydan çox davam edən mitinqlərdə polisin etirazçılarla sərt davrandığını etiraf edib.
 


 
qadinkimi.com