BURA / ORA
İki deputatımıza AŞPA-da yeni vəzifə verildi Tarix : 26 Yanvar 2019, 19:15
Yazar : Qadinkimi.com
Azərbaycan Milli Məclisinin iki deputatı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yeni vəzifəyə seçiliblər.

Modern.az-ın məlumatına görə, AŞPA-nın Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva sözügedən qrupun vitse-prezidentləri seçiliblər.

Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. 

Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha fəal təmsil etməyə çalışacaqlarını qeyd ediblər.


Mənbə: modern.az