BURA / ORA
Hindistanda uşaqları, yaşlı qadınları evdən qovurlar Tarix : 18 Yanvar 2020, 20:47
Yazar : Qadinkimi.com
Hindistanda qadınların bir çoxu küçəyə atılırlar, adət-ənənə belədir. Ümumilikdə qadınların həyatı bu ölkədə asan deyil: ailədə qız uşağının doğulması arzu olunmur, qadınlar az qazanırlar, onların ailədə səs hüququ yoxdur. Üstəlik, əri öləndən sonra dul qadınlar hətta öz övladları tərəfindən də evdən qovulur.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ənənəyə görə, dul qadınlar yenidən evlənə bilməzlər, çünki bu, evə bədbəxtlik gətirəcək və dul qadının evdə olması lənətdir. Baxmayaraq ki, bir dul qadın sonsuz sayda ərə gedə bilər.

Əgər kişi arvadından əvvəl ölürsə, hesab edilir ki, bu qadının günahı kimi qəbul olunur. Əvvəllər qadını da əri ilə birlikdə yandırırdılar. İndi, Allaha şükür, bunu etmirlər, sadəcə evdən qovurlar.

Dul qadınlar, əgər imkanları varsa, ümumiyyətlə, ağ sarılar geyinirlər. Çox vaxt paltarları olmur və küçədə sədəqə istəyirlər. Çoxları kilsədə yaşamağa gedir.

Kilsələrdə bəzən dul qadınlara yardım edən xeyriyyə təşkilatları fəaliyyət göstərir: onları yedirdir və paltar verirlər. Bəzən oğulları da onlara baş çəkirlər, amma bu nadir hallarda baş verir.

Əlbəttə ki, bütün uşaqlar bunu etmir. Şəhərlərdə bu ənənənin pərəstişkarları azdır və yaşlı analar uşaqlarla yaşayırlar.

Hindistanda qadın olmaq – bu qəhrəmanlıqdır. İndi hətta ölkənin baş naziri qadınların hüquqları uğrunda mübarizəyə başlayıb, amma bu günə qədər istədiyini gerçəkləşdirməyi bacarmayıb.





Mənbə: lent.az
qadinkimi.com