Sosial şəbəkələrdə məşhurlaşan orta məktəb müəllimi Həbib Əlizadə polisə çağırılıb. Buna səbəb məktəb direktorunun ondan şikayət etməsi olub.
O, bu haqda öz facebook profilində status yazıb. Həmin statusu təqdim edirik:
"Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov məni polisə şikayət edib
Bir neçə saat bundan öncə Lənkəran şəhər Polis Şöbəsindən mənə zəng edildi və mənim haqqımda məktəb direktoru tərəfində təqdimat verilərək şikayət edildiyi bildirildi. Mən şok oldum.
Səbəbini soruşdum. Dedilər uşaqları icazəsiz Bakıya ekskursiyaya aparırsan.
Əslində isə vəziyyət belədir: Demək şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya
təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində Şəhidlər
Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq
istənilirdi. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq
etsəydi gəzinti olacaqdı. Əks halda gəzinti olmayacaqdı. Bu sadəcə hələ bir
ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti
təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb
və bu sadəcə ideya idi. Təsəvvür edirsizmi ki, tarixi gəzinti ideyasına belə
mane olurlar. Özləri isə əsla tarixi ekskursiya təşkil etməyiblər.
Məlumat üçün deyim ki, indiyədək gördüyümüz bütün tədbirləri Təhsil
Nazirliyinin, yerli təhsil idarəsinin icazəsi ilə etmişik.
Fəalliyyətlərimə görə 2 fevral Gənclər günü ilə bağlı cənab nazir Ceyhun
Bayramov tərəfindən təltif olunmuşam. Bu gün isə 2-ci Qrant müsabiqəsinin
qalibi olmuşam.
Məlumat üçün deyim ki, məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar
haqda çox vaxt yazmazdım. Mümkün qədər həllinə çalışardıq. Direktordan şəxsim
üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə arzuolunmaz
müəllim elan olunmuşam. Fikrimcə artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki
direktorun özünə belə işlərinə şəxsən kömək etmişəm. İndi isə direktor mənə
iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət
edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə
yazılmayıb.
Sabah isə 11:30-da Lənkəran polis şöbəsində olacam."