BURA / ORA
Fransada balet ustaları "Qu gölü" rəqsi edərək protest edib FOTO/VIDEO Tarix : 27 Dekabr 2019, 12:21
Yazar : Qadinkimi.com
Fransada davam edən etirazlara qatılan Paris Opera balet ustaları, opera binasının önündə  "Qu gölü" baletini rəqs ediblər.

Fransada balet ustaları prezident Emmanel Makronun pensiya planına qarşı etiraz aksiyalarında iştirak edib. Paris Operasının əməkdaşı olan balet ustaları, şəhərin məşhur opera binası olan Garnier Sarayının qarşısında "Qu gölü"nün bir hissəsini səhnələşdirib. Paris Simfonik Orkestri balerinləri müşayiət edib. Qurulan səhnədə "Paris Operası Protest edir" və "Mədəniyyətimiz təhlükə altındadır" şüarları yazılmış plakatlar asılıb.
 

qadinkimi.com