QADIN / KİŞİ
Çətindir qadın olmaq ...Nədir bunun səbəbi? Tarix : 08 İyul 2020, 12:46

Çətindir qadın olmaq...

Elə bir cəmiyyətdə yaşayırıq ki, kişilər hakimdirlər. Xüsusən, müsəlman ölkələrində. Əvvəlki yazımda da bunu qeyd etmişdim.

Nədir bunun səbəbi? Məncə kişilər qarşılarında özlərindən güclü insan görmək istəmirlər. Düşünürlər ki, qadın kişinin həyat yoldaşı-xanımı deyil, köləsidir. Qadını hər sahədə yadlaşdırıb, hər bir nöqsanın, ailədəki hər çətinliyin səbəbini onlarda görməyin özü də günahdır.

 

Çətindir qadın olmaq. Çünki sən əsrlər boyunca nəsildən-nəslə ötürülən adət-ənənəsən. Vəzifən yaşadıqlarını qızlarına, nəvələrinə ötürməkdir, davamlılığı qoruyub saxlamaqdır.

Çətindir qadın olmaq... Çünki həmisə qadın olaraq reallıqlardan qorxmuşuq. Öz yalan dünyamıza siğınıb xısın-xısın ağlamışıq, acizliyimizə lənətlər yağdırmışıq.

 

 Sənə olan hisslərim(1) » Qadınla.Com - Qadınlar Birİncidir!

 


 

Qadın olmaq çətindir... Niyə biz qadın olaraq bu cətinliklərin öhdəsindən gələ bilmirik?.. Səbəb nədir? Ailə basqısımı, cəmiyyətmi, ətraf mühitmi? Sözsüz ki , bunların hamısının təsiri vardır. Biz bu təsirlərdən qaca bilirikmi? Mən qətiyyətlə deyərdim ki "yox”.

 

Qadınlar müxtəlifdir. İradəsini toplayıb qalib gələnlər və zəiflik göstərib məğlub olanlar var. Mən şəxsən özümü güclu qadın hesab etmirəm. Bəlkə də zamanında bu, mənə yerli - yersiz qoyulan qadağaların nəticəsidi. Böyüklərin həmişə işlətdiyi ifadə indi də qulağimdan sırğa olub asılıb: " Ər evindən ancaq kəfənlə çıxmalısan. Qulağını kar, gözünü kor etməlisən."

Beləliklə də sənə bir dəfə bəxş edilən həyatda özünü çürüdürsən. Hərdən olub ki, daxilimdəki ikinci "Mənə" müraciət etmisəm.Təbiiki, hər insanın daxilində ikinci məni var. Bəlkə də bu suallar yersiz gəlib ona. Ancaq mən həyatım boyu daxilimdə olan məndən cavab istəmisəm.

Həmin bu söhbətimi siz oxucularla da bölüşmək istəyirəm:

"Əziz dostum, necəsən? Bilirəm, həyat çox əzib səni. Keçmişı düşunmən, arzularının, xəyallarının paramparça olması incidir səni . Əzab çəksən də yaşayırsan. Övladların üçün , ailənin bütövlüyü üçün . Nəyisə anlatmağa çalışırsan, özünə həmdəm axtarırsan, tapa bilmirsən. Ətrafında o qədər insan olsa da , yalqızlaşırsan. İnsanlar içində insanlara həsrət yaşayırsan. Bağışla, dərdlərini təzələdim.

Bilirəm, artıq bunların heç bir mənası yoxdur. Gedən qatarı qaytarmaq mümkün olmadıgı kimi, sən də keçən zamanını qaytara bilməyəcəksən. Paramparça olmuş arzularını reallaşdırmaq mümkün olmayacaq.

Çətindir qadın olmaq... Çünki sən nəsildən - nəsilə ötürülən adət - ənənəsən . Vəzifən yaşadıqlarını qızlarına, nəvələrinə ötürməkdir".

Daxilimdə olan mənlə söhbətimi yekunlaşdırıram. Çalışaq güclü olaq.

Bütün qadınlara sonsuz xoşbəxtliklər diləyi ilə...

 


Yeganə Sadıxova

 

 

qadinkimi.com