BURA / ORA
Empati qurmanın əhəmiyyəti haqqında gözəl bir hekayə Tarix : 04 İyul 2019, 13:07
Yazar : Qadinkimi.com
Empatiya nədir? Empatiya hissini özümüzü qarşımızdakı insanın yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi  və hadisələrə onun prizmasından baxmağa çalışmaq olaraq açıqlaya bilərik.  Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətinə sahib olmaq anlamına gəlir. Bu mövzu həm gündəlik həyatda, həm də iş həyatımızda olduqca vacibdir. Hər nə qədər bir çox insan və rəhbərlər  tərəfindən "zəiflik” kimi qəbul edilib, əhəmiyyət verilməsə də həyata keçirilməsi çətin və bir o qədər də ərdəmli bir xüsusiyyətdir. İnsanların bir birini anlamaqda çətinlik çəkdiyi bu çağda sizə 2007- ci ildə İngiltərədə baş vermiş bir nümunəvi hadisədən danışmaq istərdik.

Bir ata oğlunu xərçəng müalicəsi üçün Kembricdə dünyaca məşhur Addenbruk Xəstəxanasına aparır.

Ata bu səfərdə oğlunun əhvalı bir az düzəlsin deyə şəhərin ən mənzərəli yerində gözəl bir oteldə yer ayırır.
 
Əməliyyatdan əvvəlki gecə otelin qarsonu uşağın bir az həyəcanlı olduğunu görüb vəziyyətin səbəbini atasından soruşur.
 
O da oğlunun ertəsi gün olunacaq əməliyyat üçün saçını qırxmalı olduqlarını və bunun oğlunun canını çox sıxdığını deyir. Qarson bunu öyrəndikdən sonra ailəyə daha çox diqqət ayırır.
 
Ertəsi gün ata və oğlu səhər yeməyi üçün aşağı enəndə bütün restoran işçilərinin saçlarının qırxılmış vəziyyətdə olduğunu görürlər. 
 



Bəzən edilən bir hərəkət minlərcə sözdən daha anlamlıdır.
 

 
qadinkimi.com