BURA / ORA
Elif Şafak Buker mükafatına namizəd olub Tarix : 25 İyul 2019, 10:25
Yazar : Qadinkimi.com
Ədəbiyyat dünyasının nüfuzlu mükafatlarından olan Buker Mükafatı (tam adı Man Booker Prize for Fiction - Ədəbiyyat üzrə Men Buker mükafatı) bu ilki namizədlərini açıqlayıb. 

Qadinkimi.com türk mediasına istinadən xəbər verir ki, siyahıda yer alan on üç yazar arasında türk ədəbiyyatının məşhur imzalarından Elif Şafak da yer alıb.
Sevilən yazar 13 kitablıq seçim siyahısına "On dəqiqə otuz səkkiz saniyə" adlı romanı ilə daxil olub.

Xatırladaq ki, Elif Şafak ötən il müsabiqənin münsifləri arasında yer almışdı.

151-dən çox roman yazarının müraciət etdiyi Buker Mükafatının 13 addan ibarət olan siyahısında Marqaret Atwood, Deborah Levy, Salman Rushdie və Jeanette Winterson kimi bir çox təcrübəli yazarlar da var. Mükafatın qısa siyahısı 3 Sentyabrda, qalibi isə 14 Oktyabrda açıqlanacaq. 
Qalibə 50 min funt-sterlinq mükafat veriləcək.
 
 

Qadinkimi.com