Elçibəyin xanımı Həlimə Əliyevanın cənazəsi Kələkiyə gətirilib Tarix : 15 İyun 2019, 10:17

Azərbaycanın eks prezidenti Əbülfəz Elçibəyin İstanbulda vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana gətirilib.

Cənazə xüsusi təyyarə reysi ilə Naxçıvana çatdırılıb, daha sonra "Təcili yardım" avtomobili ilə Ordubad rayonunun Kələki kəndinə aparılıb.

Cənazəni Həlimə xanımın yaxınları ilə yanaşı, eks Baş nazir Pənah Hüseyn, Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov və başqaları müşayiət edib.

Eks birinci xanım bu gün Kələki kənd qəbristanlığında torpağa tapşırılacaq.

Dəfn mərasimində Türkiyə Böyük Millət Məclisinin üzvlərinin də iştirak edəcəyi gözlənilir.

 

qadinkimi.com