BURA / ORA, QADIN / KİŞİ
Dünyada daha bir amansız qadın qətli - FOTO/VİDEO Tarix : 24 Noyabr 2019, 20:05
Yazar : Qadinkimi.com
Çilidə küçə sənətçisi Daniela Carrasco işgəncə və zorakılığa məruz qalaraq öldürülüb. 

Carrasconun cansız bədəni paytaxt Santyaqoda dəmir barmaqlıqlara asılmış vəziyyətdə tapılıb. 

Qeyd edək ki, 19 Oktyabrda Çilidə başlayan kütləvi protestlər zamanı Daniela Carrasco da polis tərəfindən saxlanılıb. 

Səhəri gün onun meyiti aşkarlanıb. Bir ay keçməsinə baxmayaraq Çilidə bu amansız qətllə bağlı cinayət işi başlamayıb. Çili aktivistləri hökumətdən 36 yaşlı Danielanın qatilinin tapılması və cazalanmasını tələb edirlər. Bir neçə gündü öldürülmüş pantomim sənətçisinin müdafiəsi ilə bağlı Çilidə protestlər davam etməkdədi. Küçə tamaşalarında La Mimo adı ilə çıxış edən Danielanın qətli dünya feministlərinin diqqət mərkəzindədi. 

25 noyabr "Dünyada Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü” ərəfəsində genderçilər və feminist aktivistlər dünyanın diqqətini bu amansızlıqla öldürülmə hadisəsinə çəkirlər. 
 



qadinkimi.com