BURA / ORA
Doğuş təcrübəsi keçən kişi - Video Tarix : 17 İyun 2019, 12:58
Yazar : Qadinkimi.com
Kişilər doğuşun necə əzablı olduğunu bilmirlər. Onlar bunu nəsə daha az intensiv bir hadisə ilə müqayisə edirlər. Relayhero xəbər verir ki, Codi Riçardsonun əri də bu cür düşünürdü. Qadın ona doğuş ağrılarından danışanda əri Maykl qadının məsələni şişirtdiyini, heç də danışdığı kimi dözülməz ağrıların olmadığını deyirdi. Beləliklə, qadın ərinə dərs vermək qərarına gəlir. Maykl əmin idi ki, doğuş asan prosesdi. Buna görə də kişilər üçün hazırlanan doğuş ağrısını imitasiya edən simulyatorun ona qoşulmağına etiraz etmədi. Nəticədə onunla 12 il birgə yaşayan xanımı Maykla doğuş simulyatoru qoşur. Matkanın açılma anındakı ağrıları hiss etdirən bu cihaz xüsusi olaraq düzəldilib. Dəfələrlə kişilər könüllü olaraq bu təcrübədən keçib. Siz youtube-da belə videolar tapıb izləyə bilərsiz. Sonuc eyni olub. Heç bir kişi sonuncu ağrı dərəcəsinə qədər dözə bilmir və tezliklə cihazdan aralanır. Codinin əri özündə cəsarət tapıb simulyatora qoşulur. Codi olanları kameraya çəkir. Əvvəlcə Maykl özünü ələ alır. Getdikcə ağrıdan zarımağa başlayır və elektrodları çıxarmağa çalışır. 
O, sonradan etiraf edir ki, sanki qarnına və qasığına zərbə endirilirdi. Doğuş keçirmiş istənilən qadın bu cür olduğunu təsdiqləyər. 
Maykl 5 dərəcəyə qədər bu ağrıya dözüb sonra təslim olur. Bu ağrı dərəcəsi doğuş vaxtı qadının çəkdiyi ağrının tamamı deyil. Faktiki olaraq, simulyasiya həqiqi doğuşun səviyyəsinə heç vaxt yaxınlaşmayıb. Maykl da arvadının saatlarla çəkdiyi ağrını tam hiss etmədi. 
Doğuş ağrıları haqda kiçik təcrübə əldə etdikdən sonra Maykl dediyi sözləri geri götürdü. 
 

 

 

Necə düşünürsüz, bu təcrübədən bütün kişiləri keçirmək lazımdı?:)
 

 
qadinkimi.com