BURA / ORA
Daxili orqanlarının yeri dəyişik olsa da, 99 il yaşayan qadının maraqlı həyat hekayəsi... Tarix : 22 Aprel 2019, 15:36
Yazar : Qadinkimi.com
Öldüyü günə qədər heç bir sağlamlıq problemi olmayan Roza Meri bədənini elmə bağışlayıb. Bunun sayəsində elm adamları 50 milyonda bir insanda rastlanan anormallıq ilə yaxından tanış olublar.

ABŞ-ın Portland şəhərində yerləşən "Oregon Health and Sciense” universitetinin tələbələrinə təcrübə keçmələri üçün cəsəd təqdim edilmişdi. Bədənlərini elmi araşdırmalar üçün təhvil edənlərə hörmət mənasında tələbələr onun kim olduğunu bilmirdi. Lakin 99 yaşlı cəsədin Roza Meri adlı qadın olmasını öyrənmək çox da uzun çəkməmişdi. Çünki bu cəsəd üzərində təcrübə aparan tələbələr və professorlar bədənin normal olmadığının fərqinə vardılar. Onu da bildirək ki, bu təcrübə ötən il - 2018-ci ildə baş tutub.
 
 
 
"Oregon Health and Sciense” universitetinin professoru Kameron Valker bunun 50 milyonda bir insanda baş verə biləcəyini açıqlayıb. Bədəndəki bütün orqanların tərs tərəfdə olmasıyla ortaya çıxan bu anormallıq "levokardili situs inversus” adlandırılıb. Sanki bədənin içində bir güzgü varmış kimi görünən bu anormallıq universitetdəki hər kəsi heyrətə gətirmişdi.

Qadının öndə olması lazım olan ürək damarları geridə idi. Mədəsi və dalağı sağda, qaraciyəri isə solda idi.
 

 
Bu anormallığın ana bətnində 30-40 həftəarası meydana gəldiyini, səbəbinin isə hələ müəyyən edilmədiyini açıqlayan professor, bunun 22 min uşaqdan birində ola biləcəyini də vurğulayıb. Belə uşaqların normalda ən çox 5 yaşına qədər yaşaya biləcəyini qeyd edən professor bu qadının şans əsəri həyatda qaldığını bildirib. Beləliklə professorun dediklərinə görə, bu cür doğulan uşaqların 22 mində bir, onların şans əsəri uzun ömür yaşması isə 50 milyonda bir olması qənaətinə gəlinib.

Roza Meri kimdir?
 
  
 
Roza Meri 1918-ci ildə Oreqonda sahilkənarı bir qəsəbədə dünyaya gəlib. Hətta o, ikinci dünya müharibəsi zamanı könüllü tibb bacısı olaraq insanlara yardım edib.

Roza Meri 4 övlad sahibi idi. Övladlarından biri professional üzgüçü idi. Ən maraqlısı isə odur ki, Roza Meri özündəki bu anormallığı 66 yaşında bilib. Bundan sonra o, həyat yoldaşı ilə birlikdə bədənini elmə bağışlayaraq, ölümündən sonra elm adamlarının araşdırma aparmasına vəsilə olub.

Turan Oruc,
Mənbə: musavat.com