YAZI / DÜŞÜNCƏ, QADIN / KİŞİ
Davamlı stress çox təhlükəlidir Tarix : 26 Fevral 2021, 12:36

STRESS NİYƏ TƏHLÜKƏLİDİR?

Stress — bizi narahat edən neqativ hadisələrə qarşı psixikanın təbii müdafiə reaksiyasıdır. Müasir həyat tərzi yüksək stressə davamlılıq tələb edir. Davamlı stress çox təhlükəlidir, belə ki, nevroza, depresiyaya gətirib çıxara bilər.

Stress effects on the body 


Yaranma səbəbləri.


Stressi istənilən bir şey yarada bilər. Stress müəyyən tip insanlar – keçmişə çox bağlı, gələcək barədə isə hədsiz narahat olanlar üçün xüsusilə təhlükəlidir. Profilaktik kardiologiya üzrə Avropa jurnalında dərc olunmuş tədqiqatlar sübut edir ki, stress və yuxusuzluq hipertoniyadan əziyyət çəkən insanlarda ürək damar sistemi xəstəliklərindən olüm riskini 3 dəfə artırır. Müəyyən olunub ki, bir neçə il ərzində davam edən stress və pis yuxu nəticə olaraq energetik resursların tükənməsinə və erkən ölümə gətirib çıxarır.

Əlamətlər.


Hədsiz qıcıqlanma hissi, qərar qəbul etməkdə çətinlik çəkmə, yumor hissinin itməsi, gizli qəzəb, diqqət pozğunluqları, qarşıya qoyulmuş məsələləri sonadək həll edə bilməmək qorxusu, ətrafdakıların düşmən mövqedə olması barədə yalnış mühakimə, hər bir xırda problemə görə göz yaşları, işdən kənar həyata marağın itməsi, yuxudan oyanan zaman əzginlik hissi, daimi yorğunluq.

Müalicə və profilaktika.


Sinir gərginliyini müalicə etmək lazımdır və bu vacibdir. Stressin erkən mərhələlərində güclü təsirə malik olan dərmanlarsız da keçinmək olar. Bu mərhələlərdə massaj və vannalar, həmçinin həyat tərzi və adətlərin dəyişdirilməsi, vitaminlərlə zəngin qidalarla qidalanma, fitoterapiya, yüngül sakitləşdirci preparatlar, aromaterapiya kimi prosedurlar yaxşı effekt verir. Əgər stress artıq insanı bütünlüklə öz əlinə almışsa, o halda mütləq psixoterapiyaya müraciət etmək lazımdır.

Ümumilikdə, həyat tərzinin dəyişdirilməsi, düzgün qidalanma, fiziki bədən tərbiyəsi, istirahət, çətinlikləri aşmaq üçün özünə pozitiv vərdişlərin aşılanması xroniki stressin acı nəticələrini aradan qaldırmağa gətirib çıxara bilər.

 
Daha sağlam həyat üçün çalışaq.
 
 
 
qadinkimi.com