BURA / ORA
Cənubi Koreyada xəbər aparıcısı Atatürkü ayaq üstə anıb Tarix : 11 Noyabr 2019, 15:16

Cənubi Koreyada aparıcı Atatürkə hörmət olaraq xəbərləri ayaq üstə təqdim edib. 


Ölümünün 81-ci il dönümündə Türkiyənin dörd bir yanında sevgi və sayğı ilə anılan Mustafa Kamal Atatürkə hörmət əlaməti olaraq Cənubi Koreyada bir xəbər aparıcısı xəbərləri ayaq üstə təqdim edib.
Proqrama başlamadan öncə xəbərləri ayaq üstə təqdim edəcəyini bildirən aparıcı Atatürkdən "Türkiyənin qurucusu”  kimi bəhs edib. İlk xəbəri də məhz Atatürkə həsr olunub. 

Mənbə: hurriyet.com.tr