BURA / ORA
Öcalanın Türkiyəni qarışdıran məktubu seçkiyə təsir edəcəkmi? - VİDEO Tarix : 22 İyun 2019, 21:27
Yazar : Qadinkimi.com
Bilindiyi kimi sabah - 23 iyun tarixində Türkiyədə İstanbul Bələdiyyə Başqanlığına təkrar seçkilər keçiriləcək.
 

Türkiyənin kürd partiyası HDP bu seçimlərdə barışcıl və obyektiv mövqeyinə görə CHP namizədi Ekrem İmamoğlunu dəstəklədiyini bəyan etmişdi.
 

Bir gün öncə Türkiyədə gündəm partlayışı oldu. Anadolo Ajansı PKK terror təşkilatının İmralı adasında ömürlük həbs cəzası çəkən başçısı Abdullah Öcalandan HDP-yə və kürdlərə ünvanlanmış məktubun ortaya çıxdığını iddia etdi.
 

İddiaya görə məktubda Öcalan HDP-ni tərəfsiz olmağa çağırır.
Görəsən, bu məktub seçicilərin fikrinə təsir edəcəkmi? Video - Sorğu
 

 

 
Qadinkimi.com