YAZI / DÜŞÜNCƏ
Buddadan 8 dərs Tarix : 20 İyun 2019, 13:41
Yazar : Qadinkimi.com
Xüsusi təqdimata ehtiyacı olmayan bu böyük mənəvi müəllimin öyrətdiklərinə nəzər salaq. "Buddha" tərcümədə - "oyanmış", "idrak etmiş” və ya "aydınlanmış" deməkdir. Onun təlimində nə dini, nə də fəlsəfi baxımdan daxili harmoniyanın əsasına zidd olan heç nə yoxdur. Bu dərslər dünyavi və əbədidir. Onlarla tanış olmaq, həm zehin, həm də ruh üçün çox xeyirlidir.
 
 

 

 

1. Kiçikdən başlamaq – bu normaldır. Səhəng birdən-birə yox, damla-damla dolur. Hər usta nə vaxtsa həvəskar olub. Əgər məntiqli və səbrli olsanız, uğur qazanacaqsınız. Heç kim bir günə uğur qazanmır: uğur kiçikdən başlamağa hazır olanlar və böyük səylə zəhmət çəkənlərin olur.
 

2. Düşüncə maddidir. Şüurumuz hər şey deməkdi. İnsan daim pis şeylərdən danışıb, pis şeylər düşünürsə, ağrı-acı onu izləyər. Yox, əksinə, xoş niyyət və duyğularla hərəkət edirsə, xoşbəxtlik onu izləyər. Düzgün yaşamaq üçün beyninizi "doğru" düşüncələrlə doldurmalısınız. Özünüz üçün ən yaxşı şeyləri xəyal edin, ona köklənin. Hər an bədbəxtlik gözləməyin, deyinməyin, neqativ saçmayın. Bu, ilk növbədə özünüzə zərbə vuracaq. Doğru düşüncə istədiyiniz hər şeyə yol açacaq; Səhv və bədbin düşüncə sizi məhv edəcək şeydir.

 
3. Bağışlamaq. Özündəki qəzəbi cilovlamaq, söndürmək – başqasına atmaq istədiyiniz qaynar kömürü əlinizdə tutsaz, əvvəl öz əlinizi yandıracaq. "Bağışlanmazlar" həbsxanasında saxlanılanları azad etsəz, ilk növbədə özünüzü azad etmiş olursuz. Özünüzü cilovlamasaz, heç kimi cilovlaya bilməzsiz. Bağışlamağı öyrənin. Tez bağışlamağı öyrənin həm də. Kin qədər dağıdıcı qüvvə yoxdu. Bağışlamaq qədər rahatladıcı hiss yoxdu.

 
4. Hərəkətləriniz çox önəmlidir. İnkişaf etmək üçün hərəkət etməlisiz; Sürətlə inkişaf etmək üçün hər gün fəaliyyət göstərməlisiz. Atalar sözündə necə deyilir? "Allah hər quşa soxulcan verir, ancaq yuvasına atmır". Budda deyir: "Məşğul olduqları zaman insanlara yazılan qismətə inanmıram, amma boş oturduqda onların yerinə qismət yazıldığına inanıram".
 

 
5. Anlamağa çalışın. Biz həqiqət uğrunda mübarizəmizi dayandırdıq və artıq yalnız özümüz üçün mübarizə aparırıq. Əvvəl anlamağa çalışın və yalnız sonra sizi anlamalarına çalışın. Başqasını anlamaq üçün bütün gücünüzü sərf edin. Başqalarını dinləyin, onların hansı gözlə baxdığını anlamağa çalışın və o zaman rahatlıq tapa bilərsiniz. Haqlı olmaqdan çox, xoşbəxt olmağa diqqət yetirin.

 
6. Özünüzə qalib gəlin. Özünə qalib gəlmək minlərlə döyüşü udmaqdan daha yaxşıdır. Belə qələbəni nə mələklər qazana bilər, nə iblis, nə cənnətdə qazanmaq olar, nə cəhənnəmdə. Özünüzə qalib gəlmək üçün, öz fikirlərinizə nəzarət etməlisiniz. Onlar dəniz dalğaları tək coşmamalıdır. Düşünə bilərsiz: "Fikirlərimə nəzarət edə bilmərəm. Fikir anidən gəlir”. Cavab verirəm: "Bir quşa başınızın üstündə uçmağı qadağan edə bilməzsiniz, lakin onun başınızda yuva qurmasına mane ola bilərsiz”.

 
7. Harmoniya (Uyum) içində yaşayın. Harmoniya daxildən gəlir. Kənarda onu axtarmayın. Bu, yalnız içinizdə, ürəyinizdə ola bilər. Həqiqət budu: harmoniya yalnız öz içinizdədi. Yeni iş, yeni ev, yeni maşın və ya yeni evlilik deyil. Harmoniya – Ruhunuzdakı barışdır və sizdən başlayır.

 
8. Minnətdar olun. Gəlin, minnətdar olaq: Çox şey öyrənməmişiksə, ən azından çox vaxt itirməmişik, çox vaxt itirmişiksə, ən azından xəstələnməmişik, yox xəstəyiksə, hər halda ölməmişik... Minnətdarlıq üçün hər zaman nəsə tapılar. Hərçənd insan daha çox bədbin olmaq üçün səbəb tapır. Hətta bir mübahisə zamanı dayanıb, təşəkkür etməli olduğunuz şeyləri düşünmək vacibdi. Mübahisəni boş verib bir an içində gözəl şeyləri xatırlayın.
 

 
qadinkimi.com