BURA / ORA
Bu kənddə hər çərşənbə axşamı "qadınlar günü"dür - FOTO / VİDEO Tarix : 19 Noyabr 2019, 18:18
Yazar : Qadinkimi.com

 

Türkiyədə Amasyanın Qaratəpə kəndində 5 ildir ki, hər çərşənbə axşamı "qadınlar günü"dür. 

Qadınlar həftənin hər çərşənbə günü kənd kafesində görüşüb birlikdə vaxt keçirir, çay içir, kitab-qəzet oxuyur, əl işi ilə məşğul olurlar. Kişilər də evdə ev işləri görür, uşaqlara baxır. Bu adət-ənənə 2015- ci ildən bəri həyata keçirilir.

32 il İtaliyada işlədikdən sonra vətəni Amasyanın Qaratəpə kəndinə qayıdan Rumi Erikçi rəhbər seçildikdən sonra kəndinin qadınları üçün bu sistemi həyata keçirməyə qərar verir. Bu fikri 112 ev və 300 sakini olan kəndin kişiləri ilə paylaşıb dəstəklərini alan 61 yaşındakı Erikçi kənddə həftənin çərşənbə gününü "qadınlar günü” elan edir. Həmin gün qadınlar hər zaman kişilərin toplandığı kafedə görüşür, birlikdə çay içir, domino oynayır və ya hansısa xobbi ilə məşğul olurlar.
 

İki övlad sahibi olan Beyhan Çopur deyir: "Hər çərşənbə axşamı kəndin bütün qadınları buraya toplaşır. Həftənin bir günü biz dincəlirik, kişilər evdə və ya tarlada işləyir. Burada hamımız birlikdə oturub yeyirik, bişirdiyimiz təamları bir-birimizlə paylaşırıq. Bəzilərimiz söhbət edir, bəzilərimiz əl işləri görür və ya kitab-qəzet oxuyur. Beləliklə həftənin bir gününü yalnız özümüzə ayırırıq. Stress qalmır, istirahət edirik".

Türkan Erikçi isə "kəndlərində yaşayan kişilərin hər zaman onlara böyük dəstək verdiklərini bildirir və əlavə edir ki, qonşu kəndlərdən fərqli olaraq bizim kənddə qadın kişi bərabər hüquqludur. Qadınlara dəyər yüksəkdir".
 

Qaydaya görə həftənin ikinci günləri kəndin kişilərinə çölə çıxmaq qəti qadağandır. Kənd sakinlərindən biri Tuncay Çopur "Evi süpürürük, qabları yuyuruq. Bir sözlə, bir günlük ev işlərini biz üstlənirik” deyir. 

Kənd rəhbəri Rumi Erikçi kənddə qoyduğu qayda ilə bağlı bu fikirləri bildirib: "Əslində ilin 365 günü qadınlarındır. Biz bir gününü xüsusi olaraq onlara ayırmışıq. Bu layihəni etdiyim üçün çox xoşbəxtəm. Bununla da bir günlük də olsa rollar dəyişir. Bu sistemin kişilərin qadınların dəyərini anlamasında təsirli olacağını düşünürəm”. Qadına qarşı şiddət göstərilməsinə də münasibət bildirən Rumi Erikçi "Türkiyədə mədəniyyət səviyyəsi bir az geridə olduğu üçün hələ də qadına şiddət göstərilməsi halları ilə sıx-sıx qarşılaşırıq” deyib. 
 

Qadinkimi.com
 
 

 


Qadinkimi.com