BURA / ORA
Britaniyalı diplomatı zorlayıb öldürənin cəzası bəlli oldu Tarix : 04 Noyabr 2019, 12:02
Yazar : Qadinkimi.com

Livanda zorlanaraq öldürülən Britaniyalı diplomat Rebekka Dayksın qatili Tarık Huveyşe-yə verilən cəza bəlli oldu. Bu barədə Livanın rəsmi xəbər agentliyi NNA-da məlumat yer alıb. Xəbərə görə Tarık Huveyşe Cəbəlü Livan Cəza Məhkəməsinin qərarı ilə edam hökmü alıb.

Qərardan şikayət vermək hüququ isə açıq saxlanılıb. 

 

Xatırladak ki, 2017-ci ildə Livanın paytaxtı Beyrutda fəaliyyət göstərən İngiltərə səfirliyinin diplomatı Rebekka Dayks taksi sürücüsü tərəfindən zorlanaraq öldürülüb. Sürücü ifadəsində Rebekkanı qısa şort geyindiyinə görə öldürdüyünü deyib. O, avtomobilinə minən Rebbekkanı boğaraq öldürdüyünü etiraf edib. Bildirib ki, Rebekka avtomobildə yuxuya gedib, onu zorlamaq istəyəndə isə qadın ayılıb və taksidən düşərək qaçıb. Daha sonra sürücü onu izləyib və yenidən maşına mindirərək boğub öldürüb. Sürücü cəsədi yol kənarına ataraq qaçıb. 


qadinkimi.com