HƏR ŞEY / HEÇ NƏ
Bir simvol seç və həyatının hansı mərhələsində olduğunu öyrən Tarix : 18 Dekabr 2019, 15:45
Yazar : Qadinkimi.com

Həyatın müxtəlif mərhələlərindən keçdiyimiz zaman xarakterlərimiz də dəyişir.

Bu gün həyatınızın hansı mərhələsində olduğunuzu və ətraflı məlumat almaq üçün şəkildə göstərilən bütün simvollara nəzər yetirin və özünüzə ən yaxın hiss etdiyiniz birini seçin.

 

 

 

 



1.  Atletik mərhələ
 
Bu mərhələ həyatın ən az formalaşmış mərhələsidir. Əsas əlamətləri təkəbbürlü və özünə vurğun olmaqdır. Bu, insanların görünüş və bədən quruluşuna görə çox narahat olduqları dövrdür. Xarakterin tam formalaşmadığına görə insanlar  bu mərhələdə dünyanın onların ətrafında döndüyünü düşünürlər. Adətən gənc yaşlarında olanların uyğun olduğu mərhələdir.



2.  Döyüş mərhələsi
 
Atletik mərhələdən sonra insanlar döyüşçü mərhələsinə keçirlər. Bu mərhələdə müdriklik artır. Çünki insanlar hərəkətlərinin nəticələrinə görə cavabdeh olduqlarını və başqalarının qarşısında məsuliyyətlərini dərk etməyi öyrənirlər. Döyüşçü mərhələsi adətən təhsilin başlaması ilə eyni vaxta təsadüf edir. Bu mərhələdə informasiya qəbul etməyi öyrənirik. Uğur, həvəs və məqsədlərinə çatma istəyi də bu mərhələni xarakterizə edir.



3. Bəyannamə mərhələsi
 
Bu mərhələ nəslinizin davamçısını dünyaya gətirməyiniz üçün nəzərdə tutulmuş həyat mərhələsidir. Əvvəlki mərhələdə özünüz və başqaları üçün məsuliyyət almağı öyrənmisiniz. Buna görə də bir başqasının qayğısına qalmağın artıq  vaxtıdır.



4. Mənəvi mərhələ
 
Həyatın ən son mərhələsidir. Bu mərhələdə maddi dünyada həyatınız boyunca əldə etdiklərinizdən daha çox şey olduğunun fərqinə varırsınız. Dərin ruh dünyasına girdiyiniz bu mərhələdə qarşılığında heç nə gözləmədən mərhəmət göstərməyə və qidalanmanıza diqqət etməyə başlayırsınız. Bir də baxacaqsınız ki, başqalarını öyrədirsiniz və onları idarə edə bilirsiniz. Bunu onun üçün edirsiniz ki, onlar da sizin kimi bu mərhələyə gələ bislinlər. Bu, sondur,ammahəm də sevincli bir başlanğıcdır.

 

 


 

Mənbə: themindsjournal.com
qadinkimi.com