BURA / ORA
Bir göz qırpımında yoxa çıxan şəhər - Heraklion Tarix : 05 İyul 2019, 22:45
Yazar : Qadinkimi.com

Əfsanə olaraq bilinən antik şəhər Heraklion Paris Avropa Sualtı Arxeologiya İnstitutunun təsisçisi Frenk Qoddionun rəhbərlik etdiyi arxeoloqlar qrupu tərəfindən keçdiyimiz illərdə Misirdə üzə çıxarılıb.  


Antik Yunan tarixçilərinin bəhs etdiyi əfsanə XVII-XV əsrlərə aid olub, 12-ci əsrə qədər gedib çıxır. Troyalı Elen və Parisin, Troya müharibəsindən əvvəl burada qaldıqları hesab edilir. Heraklın özünə başqa ad qoyaraq şəhəri ziyarət etdiyi də söylənilir. Misir sivilizasiyasının giriş qapısı olan və yunanlar tərəfindən Thonis adıyla da tanınan bu qədim şəhər 1200 il öncəyə qədər sirrli bir şəkildə yer üzündən yoxa çıxmışdı.


Suyun altında tapılan qalıqlar isə bunlardı: 64-dən çox gəmi qalıqları, qızıl sikkələr, bürünc və daşdan düzəldilmiş ölçü kütlələri, 5 metr hündürlüyündə olan heykəllər, antik yunan və antik misir dillərində yazılmış daş lövhələr, 700-dən artıq gəmi lövbəri. Bunlardan əlavə çox sayda irili-xırdalı əhəng daşından düzəldilmiş qəbirlər də tapılıb. Bu qəbirlərin içində isə mumyalanmış heyvanlar olduğu düşünülür. Arxeoloq Qoddio bu sualtı arxeologiya işlərinin hələ ən azı 200 il davam edəcəyi barədə bəyanat verib.


    

       

       

   

Qadinkimi.com