SƏNƏT
Barbara Daniels: Dünyaya gerçəkliyi sənətimlə göstərdim Tarix : 08 İyul 2018, 16:12

Müasir cəmiyyətimizdə insan və heyvanların rolları heyrətləndirir. Bu, nəyə bənzəyir? Rollar dəyişsə, hökmranlıq necə ola bilər? Mən sənətimlə bu suallara cavab verməyə, real dünyadakı vəziyyətdən və hadisələrdən təsirlənərək yaratmağa çalışıram. Heyvanlara münasibətimizi rolları dəyişərək göstərmək ideyası Strasburq kafesində bir eskizdən inkişaf etdi. 2013-cü ildə Kaliforniyadan Berlinə köçdükdən sonra "Xoşbəxt fermerlər" və "İnsan üzərində Dominion" seriyasını yaratmağa başladım. 2005-ci ildə İrlandiyanın Qoluey şəhərində təsviri incəsənət ixtisası üzrə təhsil aldım. Heç vaxt sənət ustası olmağa çalışmıram. Sənətimdə təqdim olunan fikirləri hərtərəfli araşdırıram və ətraflı öyrənirəm. Yaratdığım hər şey sevgidən doğulur. Həyat məni çox yerə aparmış olsa da, ürəyim həmişə böyüdüyüm İrlandiyanın kiçik Drimkeary kəndində qalacaq. Köhnə yataq otağımın divarlarında çəkdiyim mənzərələr sənətlə necə yoldaşlıq etdiyimə şahiddi. Bu isə ayrı hekayədi, anlatmağa hələ vaxt var.

Barbara Daniels