QADIN / KİŞİ
Bakirə qadınlar istəyirsiniz, çünki... Tarix : 24 Avqust 2018, 15:29
Yazar : Qadinkimi.com
Bakirə qadınlar istəyirsiniz, çünki cinsi performansınızın müqayisə edilməsini istəmirsiniz. 
Passiv və təcrübəsiz qadınların xanımınız olmasını istəyirsiz, çünki sizə xidmət etməsini, sözünüzün keçməsini istəyirsiz.
Hər qadın bədəninə haqqınız varmış kimi baxırsınız, sahib olduğunuz qadınlara da başqa kişilər eyni şəkildə baxacaq deyə qadınlara həyatı zəhər edirsiniz.
"Mən sənə güvənirəm, amma ətrafa güvənmirəm" deyənləriniz az deyil.
Zəiflik kompleksinizin adını qısqanclıq qoyursuz, qısqanclığı sevgi kimi təqdim etmək isə axmaqlıqdı. Azad düşünən, güclü, şəxsiyyəti olan qadınlardan qorxursunuz, çünki onlarla özünüzü aciz hiss edirsiz. 
Bir kişi hər oyundan çıxsa, özünüzü görməzliyə vurursunuz, ancaq bir qadın "mənim bədənimdi, sizə nə” desə, həmən adını çıxarmağa hazırsınız.
Əxlaqı insanlıqda itirdiniz, qadının ayaq arasında axtarırsınız.
Namusunuzu qadın qazandırır, necə bir kişi olduğunuz qadına görə ölçülür.
Utanc hissiniz ancaq arvadınız "namussuzluq" edəndə olur. Bu səbəbdən az qala ürəyiniz partlaya, çünki ruhunuz təhkimçidir. 
Faşizm sizdən başlayır, düşüncəsizliyinizdən hiss edin.
Doğrudan a, siz, hələ də insan ola, cinsi orqanından yuxarı çıxa bilməyənlər, siz bu dünyada niyə varsınız?
Cahilliklə öyünən yeganə canlı olmaq necə bir təhqirdir, dərk edirsizmi?
Beş min ildir Qadın; Kölənin köləsi.
Pullu kölənin evdəki xidmətçisi.
Kəndlinin namusu. Kiçik burjua ziyalısının içki süfrəsində məzəsi və münasibətlər siyahisində adlardan biri. 
Kapitalist bazarında cinsi mal.
Dindarın məşuqəsi.
Tanrının Şeytanı.
Kişi ovçuların gülü, sözdə sevgi mələyi.
Halbuki o, insanı "bətnində" yaradıb. O, bir yaradandı! İnsanın süd verəni, zəhməti ilə baxanı, böyüdəni-insan cəmiyyətinin sahibidi...

Nesrin Arıkan