SƏNƏT
Azərbaycanlı tələbə Çexiyada "İlin adamı" seçildi Tarix : 13 Fevral 2021, 17:37

Çexiyada "Orfeus" adlı mükafata layiq görülən və incəsənət sahəsində layiqli rol oynayan tələbələrə ilin adamı adı verilir. İllərdir bu ənənə yerli əhali arasında mötəbər yarışmalardan sayılır və bu günədək bu ad yalnız çexlərə verilib.

2020-ci il nominasiyasında iştirakı üçün Çexiyadakı müəllimi Roman Fedçuk və təhsil aldığı Konservatoriyanın rektoru Miroslav Breyxa tərəfindən Şəhərin İcra Hakimiyyətindən icazə alınaraq ötən ilin dekabr ayında həmyerlimiz, gənc skripkaçı Canel İlham qızı Nəcəflinin də sənədləri təqdimata yollandı. Bu zaman Çexiya tarixində ilk dəfə idi ki, xarici tələbənin də namizədliyi irəli sürülürdü və ilk dəfə olaraq azərbaycanlı tələbə belə bir mötəbər ada layiq görüldü.

 

Image result for Canel İlham qızı Nəcəfli Image result for Canel İlham qızı Nəcəfli


Hazırda Canel Azərbaycandadır və təhsilini onlayn qaydada davam etdirir. Mükafatın rəsmi təqdimatı pandemiyanın Çexiyada yaratdığı kəskin fəsadların aradan qaldırılmasından sonra İcra Hakimiyyəti ilə razılaşdırılaraq həyata keçiriləcək.

Qeyd edək ki, Canel Nəcəfli 24 mart 2002-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ilin sentyabr ayından, yəni 2 yaşdan 5 yaşa kimi mərhum bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun yaratdığı Aysel teatrının üzvü olub. Oqtay Zülfüqarov onun adına mahnı da bəstələmiş, "Caneldir adım” mahnısını 4 yaşı olarkən özü ifa etmişdir.

2008-ci ilin sentyabrında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 1-ci sinifinə (skripka üzrə) daxil olmuşdur. 3-6-cı siniflərdə xalq artisti, bəstəkar Arif Məlikovun tələbəsi kimi Ayaz Qəmbərlinin fakültativ məşğələləri olan bəstəkarlıq sinfinə qatıldı. 4 əsəri vardır. 2012-ci ildə Bülbül adına məktəbin təşkil etdiyi və şəxsən Arif Qəmbərlinin də iştirak etdiyi konsertdə öz əsəri ilə çıxış etmişdir.

O, 7 dəfə (2 respublika və 5 beynəlxalq) müsabiqələrin I yerinin qalibidir. Həmçinin, beynəlxalq müsabiqə və festivalların qalibidir.

Belçikada Ümumdünya Gənc Skripkaçılar müsabiqəsinin (Grumiaux – keçmiş BRAVO) qalibi olaraq 2019-cu ildə Bakı Musiqi Akademiyasına müsabiqədənkənar (imtahansız) qəbul olub.

Hazırda Azərbaycanda Bakı Musiqi Akademiyasında qiyabi, Plzen (Çexiya) Konservatoriyasında isə əyani təhsil alır.

 
 
 
 
qadinkimi.com