BURA / ORA
Azərbaycanla Türkiyə arasında viza ləğv edilir Tarix : 25 İyul 2019, 13:30
Yazar : Qadinkimi.com
Bu barədə məlumatı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yayıb. O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan 2019-cu ilin sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək.
 

Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.
 

Viza rejimi Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əldə edilən razılıq əsasında ləğv olunub. Bu da "Bir millət, iki dövlət"ə yaraşan haldır”- deyə M.Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.
 

 

Qadinkimi.com