QADIN / KİŞİ
Azərbaycanın ilk qadın pilotu - Züleyxa Seyidməmmədova Tarix : 08 İyul 2018, 16:10
Yazar : Qadinkimi.com

Pilot qadınlar bir çoxlarımız üçün cəlbedici gələ bilər. Əvvəllər bu qadınların gücünün göstəricisi olsa da, bir çoxları tərəfindən qəbuledilməz olaraq qalırdı. Züleyxa Seyidməmmədova 2-ci Dünya Müharibəsində məhz cəsurluğuna görə ad qazanmışdı. Bəlkə də onu çoxunuz tanımır, amma indi tanış olmaqdan məmnunluq duyacaqsınız. 

Züleyxa Seyidməmmədova 1919-cu ildə Bakıda anadan olmuşdur.

Atası Mirhəbib ağa Hacı Zeynalabdin Tağıyevin mühasibi idi.

Sənaye İnstitutunun Aeorklubuna üzv seçilmiş, 1935-ci ildə Azərbaycan qızları arasında paraşütdən tullanma üzrə 1-ci olmuşdur.

50 dəfə paraşütlə tullandığı üçün onu təlimatçı təyin edirlər

Züleyxa Moskvanın Jukovski Hərbi-Hava Akademiyasına qəbul üçün məktub göndərir, amma gözləmədiyi cavab verilir.

"Qadınlar Şturman fakultəsinə qəbul olunmur".

Seyidməmmədova SSRİ Müdafiə Xalq Komissarlığına məktub yazaraq ikinci dəfə şansın sınayır.

Bu dəfə isə onun işləri cəsarəti əsas götürülərək Akademiyaya qəbul edilir və Züleyxa ilk "Şturman qadın" adını alır.

Atasının Xalq düşməni adı ilə həbsə atıldığını öyrənən Züleyxa Mərkəzi Komitəyə məktub yazır.

Züleyxanın bu istedadı ilə atasının həbsdə olunması SSRİ-nin adına ləkə gətirə bilərdi. Ona görə də onlar atasını gizlincə həbsdən azad etdilər.

Bakıya qayıtdıqda 700 saat uçuş edir. 3 il ərzində 75 təyyarəçi və 80 paraşütçü hazırlayır.

Kursk döyüşündə iştirak etmiş, Stalinqrad səmalarında İosif Stalini müşahidə etmişdir.

Bütün bu əməklərinin qarşısında "Lenin" ordeni, 2-ci dərəcəli "Vətən Müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Müharibədən sonra Züleyxa Az.SSR-in tarixində ilk qadın nazir kimi Sosial Müdafiə Naziri təyin olundu.

Çox gec ailə qurduğu üçün heç vaxt ana olmamışdır.

Tofiq Quliyev onun adına bəstələdiyi Züleyxa Xanım mahnısını Rəşid Behbudov ifa etmişdir.

1999-cu ildə vəfat edən Züleyxa Seyidməmmədova vəsiyyətinə uyğun olaraq Şüvəlanda dəfn edilmişdir.

Mənbə: kenquru.az