QADIN / KİŞİ
Azərbaycan dişisi Tarix : 26 May 2018, 10:58
Yazar : Qadinkimi.com
Dəyərli xanımlardan olan Nazlı Pəncəliyevanın "Azərbaycan erkəyi" adlı yazısını oxudum. Yazını oxuyub bitirdikdən sonra tam səmimi deyirəm xəcalət çəkdim. Utandığımdan yer yarılsa yerə girərdim, acı həqiqətləri oxuduqca əsəbdən gülürdüm. Bu yöndə və bu qədər çılpaqlığı ilə yazı axrıncı dəfə nə zaman oxuduğum yadıma gəlmir. Nazlı xanım yatdığımız yerdə sanki üstümüzə su atdı, bizi yuxudan elədi və buna görə ona təşəkkür edirəm.

Amma bu yazını yazmağıma tək səbəb Nazlı xanıma təşəkkür deyil, mənim də yazacaqlarım, deyəcəklərim var. Əvvala bu yazının sabah günü "facebook"da olan ürəkbulandırıcı mənzərədən başlamaq istəyirəm. Məhz metroda ona, buna kərkinən qaqaşlar "düz deyir", "haqlı yazıdır" deyə bu yazını paylaşırdılar. Bir də bu yazını paylaşanlar arasında yüz pozada həftədə bir qaqaşla sekslə məşğul olub, amma bakirəliyini saxlayan qızlar idi. Çox ürəkbulandırıcı mənzərə idi, adam özünü komputerin üstünə öyüməkdən güclə saxlayırdı. 

İndi isə keçək əsas məsələyə. Təkrar kimi çıxsa da, yenə demək istəyirəm Nazlı xanımın köşəsində olan fikirlərin 90 faizi ilə razıyam, boynuna alsan da belədir, almasan da. Amma diqqət çəkiləsi 10 faiz var. 

Məhz önəmli olan 10 faiz. Nazlı xanım yazır ki, bizə metroda kərkinirlər, üstümüzə qutarırlar, bizi döyürlər, əlləyirlər bizi. Düz deyirsən Nazlı xanım, mən də görmüşəm, metroda ona buna kərkinənləri, imkan düşdükcə kiminsə yanbızından çimdik alanları. 

Amma siz bu iyrəncliklərin yaranmasınıın səbəbini niyə tək erkəklərdə görürsünüz? Bu iyrənclikdə Azərbaycan dişisinin günahı yoxdurmu? Nə zaman bir Azərbaycan QADININ oğlum, yolda kiminsə üstünə it kimi hürmə, "offf", "ufff" "nə zor şeydir" kimi sözlərdən istifadə etmə, metroda, avtobusda kiməsə kərkinmə, qadına hörmət et deməsini eşitmisiniz? Azərbaycan dişisi sizi müraciət edirəm eşitmisinizmi bu sözü? Öz oğluna, qardaşına adam kimi özünü aparmasını, hər qıza sataşmağın düz olmadığını, erkəy adamını qoyub qabağına ona bunları izah edən adam görmüsünüzmü? Mən görməmişəm, yəqin heç siz də görməmisiniz. 

Çünki Azərbaycan dişisi sən özünü düşünürsən, fərdiyyətçisən. Sənin oğlun, qardaşın, metroda ona-buna kərkinəndə, əlləyəndə, gündə bir qızı alçaldanda sənə həzz alırsan bundan. Mənim qardaşım, oğlum "əsil erkəkdir" deyirsən. Amma unudursan ki, başqasının da oğlu, qardaşı, əmisi, dayısı var. Məhz bir gün onlar da səni əlləyəcəklər, onlar da sənə kərkinəcəklər. 

Azərbaycan dişisi sən heç zaman azadlıq tərəfdarı olmamısan. Sən elə fikirləşirsən ki, qərbdə, avropada kişilər, qadınlara buyurun bizlə eyni hüquqlu olun deyiblər. Məhz sənin bu səhv düşüncən həmişə səni bədbəxt edib. Heç bir yerdə qadına asanlıqla bərabərhüquqluluq verilməyib. Bu hüquq kişilərdən alınıb. Amma sizin cəsarətiniz buna çatmayıb. Çünki siz şərqlisiniz, tənbəlsiniz, qorxaqsınız, zəifsiniz. Bunları belə utanmadan boynuna alırsan, Azərbaycan dişisi.  

Oğluna bakirə qız axtaran sən deyilsənmi, Azərbaycan dişisi? Sən deyilsənmi qonşuyun mini yubkalı qızını müzakirə edən. Mən oğluma belə qancıq almaram deyən? Sən deyilsənmi oğlunun, qardaşının seçimlərinə qarışan? Sən deyiləsənmi ərə gedib boşanmış qızı almaq istəyən erkək yaxınına bunu eləsən, səninlə həyatı boyu danışmaram. Adamın qarşısına ya o, ya mən seçimi qoyan sən deyilsənmi? Evə gətirdiyin gəlinin başından tutub yolan, ona itin əzabını verən, günlərlə ac saxlayan sən deyilsənmi Azərbaycan dişisi? Məhlədə laqqırtı vurub, gündə bir qızın qeybətini edən sən deyilsənmi? Toyda yengəlik edən, şam aparıb, şam gətirən sən deyilsənmi? Nə zaman imtina etdin bu iyrənc hərəkətlərindən, nə zaman etiraz etdin? 

Sən boynuna al, bacarmırsan Azərbaycan dişisi, sən zəifsən, mübarizə aparmaq sənlik deyil. Sənin işin hazıra nazil olmaqdır. Sənin işin daim güclünün yanında olmaqdır. Bərbər hüquqdan danışırsınız nə zaman, adi bir kafede, restoranda öz pulunu vermək istədin? Sən ancaq ərinin, qardaşının, oğlunun qazancı ilə kifayətləndin. Hətta ən düşüncəliniz belə ərə gedərkən həmən insanın maaşına, onun qazancına baxdınız. Çünki sizin üçün ən önəmlisi boğazınıza tros sep taxıb, dik daban ayaqabı geyinib qohum-əqrabanızın yanında özünüzü görsətməyiniz olub. Məhz siz bu düşüncəyə sahibsiniz. 

Sizlər Yusif Vəzir Çəmənəminlinin "Analı Yetimlər" yazısını yəqin oxumamısınız, oxusaydınız belə düşünməzdiniz. Çəmənzəminli deyir:"Bu biçarə uşaqlara baxdıqda həmişə fikrə gеdirdim. Еv tərbiyəsinin böyük mənasını düşünürdüm. Hərgah analar övladlarına tərbiyə vеrsə idilər, bilirdim ki, məktəbdə nizamsızlıq, uşaqların rəftarında qabalıq və vəhşilik görünməzdi. Gördüklərim gеtdikcə mənim bu əqidəmi möhkəmləşdirdi.Təcrübəm artdıqca əqidəm də qəviləşdi. Məsələn, yaylaqda bir hacının iki оğluna dərs dеyirdim. Bunlardan savayı bir nеçə əcnəbi uşaqlarının təlimi ilə də məşğul idim. Müsəlman balaları ilə əcnəbilərin arasında nə qədər təvafüt оlmağı gözə çarpırdı. Əcnəbilərin dərsini qurtarıb müsəlman еvinə rəvan оlduqda еlə bil zindana gеdirdim. Bilirdim ki, qanım xarab оlacaq. Hеç müəyyən vaxtda bunları dərs üçün hazır görməzdim. Çоx vaxt qaçıb gizlənirdilər ki, dərs оxumasınlar. Qaçmasa idilərsə də "kitabları itirdi”. Dərslərini dürüst əzbərləməzdilər. Özləri də nə halda müəllimin qarşısına çıxırdılar – görməsəniz bilməzsiniz. Başdan ayağa çirk, üfunət, tоz. Burunlarını qоllarına silərdilər, fırtlıq quruyub həftələrlə оrada qalardı. Üstünə yüzlərlə milçək yığılardı. Tər üst libasa çıxıb quruyardı, ağ izi qalardı. Rəftarları daha da xarab, iki qardaş həmişə birbirləri ilə dеyişib söyüşərdilər. 

Mən еlə bilirdim ki, hacının arvadı yоxdur. Sоnra bildim ki, arvadı var imiş, bir də dеyil, iki imiş. Lakin iki arvad iki uşağı ləyaqətli bir sayaqda saxlamağa müqtədir dеyilmiş."

Bəli, səhv oxumursunuz siz Analar öz övladlarınıza vaxtında tərbiyə versəydiniz indi vəziyyət belə olmazdı. Amma siz bunu etmədiniz, çünki özünüzü əziyyətə salmaq, yorulmaq istəmirsiniz. 

Amma indi durub "Azərbaycan erkəyi" adlı yazı yazıb, bütün günahları erkəklərin üstünə atırsınız, guya siz bu söhbətlərdə yoxsunuz. Bu iyrəncliyi birlikdə aradan qaldırmaqdan, gələcəyə normla cəmiyyət yetişdirməkdən biz zəifik, biz gücsüzük, biz bacarmırıq, bizi əlləyirlər, bizə kərkinirlər yazırsınız. 

Öz zəifliyinizi, acizliyinizi, qorxaqlığınızı, gücsüzlüyünüzü, mübarizə aparmağın sizlik olmadığını boynunuza alırsınızsa buyrun davamlı yazın. Gündə belə özünüzü yazıq vəziyyətə salacaq yazılar yazın, amma bilin bununla heçnə düzəlməyəcək. Yetişdirdiyiniz bu erkəklər sizin bu yazıqlığınızı sizə bağışlamıyacaq, nə qədər ki, hərə öz evindən, ailəsindən, qardaşından, oğlundan başlamayıb davamlı olaraq metroda ələnəcəksiniz, sizə kərkinəcəklər, sizi təhqir edəcəklər.
 


Elkin Xəlilov

qadinkimi.com