BURA / ORA
Təsisçimiz Aysel Əlizadə "Ədəbiyyat adamı" mükafatının qalibi oldu Tarix : 10 May 2019, 15:51
Yazar : Qadinkimi.com
Azərbaycan Yaradıcılıq Fondunun ötən ildən təqdim etməyə başladığı "Ədəbiyyat adamı" mükafatının qalibləri müəyyənləşib. 
"Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində və xaricində çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.
Fondun daxili müzakirələri nəticəsində aşağıdakı beş yazıçı bu ilin qalibi seçilib: Şərif Ağayar, Vaqif Yusifli, Vaqif Nəsib, Mehman Qaraxanoğlu və Aysel Əlizadə.
Mükafatın məbləği 1000 manatdır.
Mükafat qaliblərə gələn həftə təqdim ediləcək.
Qeyd edək ki, "Ədəbiyyat adamı” mükafatının hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulub.
Qadinkimi.com komandası olaraq əzizimiz, layihə rəhbərimiz Aysel Əlizadəni səmimi qəlbdən təbrik edir, uğurlarının davamını diləyirik.


Qadınkimi.com