BURA / ORA
ARAŞDIRMA ÜÇÜN PSİXİ XƏSTƏXANAYA "DƏLİ" KİMİ YAZILAN JURNALİST Tarix : 21 Noyabr 2019, 15:31

Ruhi xəstəxanalarda qan donduran bir çox hadisələrin baş verdiyini bilsək də, bunu sübut etmək o qədər də asan deyil. Son vaxtlar aparılan araşdırmalar psixiatrların xəstələrin problemlərini aşkar etmək üçün yetərli olmadığını göstərir.

Xüsusilə ötən əsrlərdə ağlının yerində olmaması iddiası ilə on minlərlə insan ömürlərini ruhi xəstəxanalarda başa vurmaq məcburiyyətində qalırdı. Burada xəstələr həm psixoloji, həm də fiziki şiddətlə üzləşirdi. 

 


 

1890-cı illərin önəmli jurnalisti Nellie Bly ruhi xəstəxanalardakı həqiqətləri üzə çıxarmaq məqsədilə böyük bir fədakarlıq edir. Bu xəstəxanalardakı problemləri aşkar etmək üçün Nyu York qəzetinin müxbiri Bly işə girişir. Hətta buradakı təcrübələrini növbəti illərdə kitab şəklində də çap etdirir. Onun bu cəsur davranışı insanların məlumatlanmasında çox əhəmiyyətli olur...

Xəstəxanaya qəbul edilmək üçün Blyın ilk növbədə həqiqi bir dəli kimi davranması lazımıydı. Planının qüsursuz işləməsi üçün ən xırda şübhə belə oyandırmamalıydı. Bunu bacarmaq təxmin edildiyi kimi həm çətin, həm də çox riskli işdi.

 

Güzgü qarşısında günlərlə teatr tamaşasına hazırlaşırmış kimi dəlilik üçün məşqlər edir. Uzun müddət çimməyərək daha real dəli görüntüsü alır.

O dövrdə qadın ruhi xəstələr müvəqqəti olaraq xüsusi bir sahədə saxlanılırdı. Qadın Evi adlandırılan bu evdə o, həkimləri dəli olduğuna inandırmağı bacarır. Beləliklə, ruhi xəstəxanaya girməyə nail olur. Bu müddət ərzində Bly bir çox psixiatrla söhbət edir və testlərdən uğurla keçir. Ruhi xəstəxanadakı macərası bu cür başlayır. Nellie Bly xəstəxanada cəmi 10 gün qalır. Orada yaşadığı və şahidi olduğu hadisələrə görə çıxdıqdan sonra ağlını itirməmək üçün həqiqətən mübarizə aparmalı olduğunu deyir. 

Blyın kitabında da bəhs etdiyi işgəncələrdən bəziləri belədi:


·Xəstələr davamlı soyuğa məruz qalır. Buna görə də həmişə ədyal istəyirlər; ancaq heç kim onlara məhəl qoymur



·Onlara deyilənləri etməsələr, döyülürlər



·Xəstəxanada heç bir təhlükəsizlik tədbiri nəzərdə tutulmayıb. Məsələn, kiçik bir yanğın olsa, heç kimin qurtulmaq şansı yoxdu. Yanğın zamanı gərək bir-bir xəstələr otaqlarından çıxarılsın. Əks halda diri-diri yanmalı olacaqlar.


 


·Bəzi xəstələr təhlükə mənbəyidi. Bu cür xəstələr xüsusi bir otaqda saxlanmalı olduqları halda, sadəcə kəndirlə bağlanıblar.


 


·Soyuq çay və boyat çörək buranın gündəlik yeməyidi. Xəstəxananın bəlkə də ən pis cəhəti elə yeməkləridi. Üstəlik, xəstə onu yemək məcburiyyətindədi. Əks halda şiddətə məruz qalacağını bilir.


 


·Buz kimi suda çimmək məcburiyyətində qalan qadınlar hər kəsin içində soyunmalıdı. Bly çimdiyi zaman özünü əsl dəli kimi hiss etdiyini deyib.


 


·Burada xəstələrin hər hansısa bir məlumatı oxumasına icazə yoxdu. Buna görə də sağlam insanın belə bu şərtlər içində dəli olması mümkündü.


 

 



 

Bly redaktorunun da köməyi ilə xəstəxanadan çıxarılır. Orada gördüyü psixoloji və fiziki işgəncələrdən bəhs etdiyi kitabı çox səs salır. Eyni zamanda xəstəxana ciddi bir araşdrıma ilə üz-üzə qalır. Blyın bu cəsarətli addımından sonra şəraitin yaxşılaşdırılması üçün tədbirlər görülür və bütün ruhi xəstəxanalara xüsusi büdcə ayrılır. 



 

 

Çevirdi: Xumar Hüseynova

Qadinkimi.com