UŞAQ / BÖYÜK
Ana niyə özünü unutmalı deyil? - örnək hekayət Tarix : 18 İyun 2019, 23:35
Yazar : Qadinkimi.com
Ana özünü niyə unutmamalıdır? 
Analar haqqında müdrik, ibrətamiz yahudi hekayəti…
Ailənin mikroiqliminə görə kim məsuliyyət daşıyır, düşünmüsünüzmü? Əlbəttə, ana.
"Ana niyə xoşbəxt olmalıdır” sualına cavabı qədim yahudi hekayəti verir. 

"Bir zamanlar yoxsul bir yahudi ailəsi var idi. Ailədə uşaq çox, pul isə çox az idi. Yazıq ana bütün günü yemək hazırlayır,  paltar yuyur, boynunun arxasından vuraraq yüksək səslə həyatından şikayətlənirdi.
Axırda o tamamilə gücdən düşür və məsləhət üçün ravvinin (ravvin – yahudi ruhanisi) yanına yollanır:  Yaxşı ana olmaq üçün nə edim? 
Qadın ordan susqun və fikirli çıxır. O gündən etibarən çox dəyişir.
Hərçənd ailədə pul artmır, lakin uşaqlar daha sözəbaxan olur və ana onları daha söymür. 
Üzündə mehriban bir təbəssüm yaranır.
Ev əhli bir şeyə təəccüblənir: Qadın həftədə bir dəfə bazara gedir və evə qayıdıb axşam saatlarına qədər öz otağında oturur. Uşaqları maraq götürür.  Bir dəfə ananın qadağasını pozub otağına gizlicə baxırlar. Ana masada oturub şirniyyatla çay içirdi!
"Ana, sən nə edirsən, bəs biz?", -  uşaqlar hay-küy salırlar.
O, sakitcə cavab verir: "Sizə xoşbəxt ana düzəldirəm".

 

Bu pritçadan aydın olduğu kimi başqalarına xoşbəxtlik vermək üçün özün öz ruhunla  xoşbəxt olmalısan. Özünü sevindirə, sevə, öz dünyasını qura bilməyən, özü öz aləmində xoşbəxt ola bilməyən biri başqasını necə xoşbəxt edə bilər? Bir küncə çəkilib özünə şirniyyatla çay keyfi yaşada bilməyən ana övladına sevinc saça bilərmi?
Sirr bundadır! 
Bütün ailənin xoşbəxt olması üçün ilk növbədə o ailənin anasının xoşbəxt olması lazımdı. Bunu isə başqaları yox, yalnız özü özündə yarada bilər. Ananın ruh halından bütün ailənin həyatı asılıdır…Çünki onun enerjisi evin bütün üzvlərinin həyatına və ruhuna hopur. 
 
 

Qadinkimi.com