BURA / ORA
Almanları təəcübləndirən Azərbaycan tarixi Tarix : 04 Fevral 2020, 20:29
Yazar : Qadinkimi.com
Bir neçə gün öncə bütün Avropada yaşayan azərbaycanlıların dəvətli olduğu tədbirlə bağlı elan xarakterli material yayınlamışdıq.

Almaniyada yaşayan azərbaycanlı iki gənc tərəfindən keçirilən "AZƏRBAYCANDA ALMAN XATİRƏLƏRİ" - ("DEUTSCHE ERINNERUNGEN IN UND AN ASERBAIDSCHAN") adlı həmin tədbir müəyyən olunduğu kimi 02.02.2020 tarixində, saat 16:00-da baş tutdu.

Tədbir sərgi və sənədli filmin nümayişi ilə başladı. Daha sonra isə təyin olunduğu kimi aşağıdakı başlıqları əhatə edərək davam etdi.

1. Almaniya və Azərbaycanı bir araya gətirən dəyərlərin ipucları...

2. Azərbaycan və Almaniya arasında tarixən mövcud olan mədəni əlaqələr haqda faktlar...

3. Alman qaçqınların yeni yurdlarında köhnə evlərinin bədii formada əksi...

Tədbirin formatı foto, video və vokal olaraq hazırlanmışdı.

Daha öncə qeyd edildiyi kimi tədbir icmanın idarə heyətinin qadınlar qrupu tərəfindən idarə olundu. 

Foto və video təqdimatını Ceyhun Məmmədov hazırladı.

Vokalda isə Leyla Məmmədova (Almaniya Federativ Respublikası Theater Aachen'in vokalisti) çıxış etdi.

Almaniyanın Axen şəhərinin adını daşıyan teatrda keçirilən bu tədbir Azərbaycan adına bir ilk idi.

Eyni zamanda bu tədbirdə Azərbaycan xalqının tarixən bütün millətlərə qarşı göstərdiyi səmimiyyət və tolerantlıq  nümunələri öz əksini tapdı.
 
 

qadinkimi.com






qadinkimi.com