BİLİM / DİN
Allah istəyirsə günahkar sən deyilsən Tarix : 13 Noyabr 2021, 14:17
Tanrının var olma məqsədi insan yaratmaq, idarə etmək və cənnət-cəhənnəmlik deyə ayırmaqdı? Tanrının həyatının məqsədi budur?
Dindar insanların az da olsa düşünməsi lazımdır. Tanrı, insan var olmasa, heç bir işə yaramır. İnsan oğlu qəfil yoxa çıxsa tanrı nə işə yarayır? İşi nədir?
İnsan, insan, insan.
İnsan tanrıdan daha vacibdir. Bu hal dindar üçün də belədir. Fərqində deyillər. Tanrıya onlara xidmət edən bir xidmətçi rolu veriblər.
Tanrı insanların haqlarını axtarsın, tanrı pislik edənləri cəzalandırsın, tanrı dualarımıza qarşılıq versin. Bu nədir a kişi? Fərqindəsiz? O sizin xəyal etdiyiniz, amma əslində olmayan gözləntinizdir.
Əgər din ağılla əlaqəli olsaydı, 5 yaşında din təhsili verməyə gərək qalmazdı.
Valideynləriniz sizi aldadıb, siz də uşaqlarınızı vəya özünüzü aldatmayın.
Din bir seçim deyil, doğulduğun yerə görə miras qalan bir inanc xəstəliyidir. (İstisna var)
Din seçim olsa idi, siz 18 yaşına çatanda sizə "dinləri təqdim edim birini seçin" deyərdirlər.
Amma öz aləmlərində özlərinin düz sandığı dini dünyanı anlamadığınız vaxtlardan beyninizə yeridirlər.
Bu proqram nəsil-nəsil davam edir, sizin valideyinlərinizi də bu proqramla, onlardan soruşmadan uşaq vaxtan "göydə bir allah baba var və qurandan qorx" deyə-deyə böyüdürlər.
Sevin demirlər a, qorxun deyirlər, çünki insanları idarə etmənin ən təməl sistemi qorxudu, quranda da nə qədər ayədə yazılıb allahdan qorxun! Bu kitabı yazan hər kim olubsa, psixologiyanı yaxşı bilib.
Çünki məlumatsız cahil insanı sübutu olmayan varlıqla qorxudub aldatmaq asandır..
Dindar beyinlər "əxlaqlı olmaq üçün bir inanca, tanrıya ehtiyac vardır" deyirlər.
Bunun səbəbini bilirsiz ?
Çox sadə.
Normalda edə bilmədikləri nə qədər əxlaqsızlıqlar varsa, inancı referans göstərərək edə bilmələri üçün. Çünki inanc bir çox əxlaqsızlıqları etmək üçün tutunma nöqtəsini yaradır.
Vicdanın rədd edəcəyi şeyləri edər və inancları ilə vicdanlanlarını rahatlayarlar.
Buna sübut, "insest əlaqə niyə düz deyil?" Sualı verib insest əlaqəsinə pis baxmamaq üçün söz oyunu edib fəlsəfə işlətmək istəyən bir sürü boynu yoğun gədə var...
Üstəgəl öldürmək qadağandır. Amma Allah istəyirsə, günahkar sən deyilsən.
Mal-mülk talan etmək yanlışdır. Amma Allah istəyirsə, niyə yanlış olsun?
İnsanlarla yaxşı yola getmək lazımdır. Amma Allah kafirləri düşmən göstərirsə niyə yaxşı yola getsinlər ki?
Ümumi olaraq hal-hazırki dövrə görə oğraşlıqdı, amma bu müqəddəs adlanan kitabda buyrulubsa deməli bunu etmək olar, "tanrının burda nəsə hikməti var" deyirlər oğraşlıq etmək istəyənlər...
Bu qədər sadə...
 
 

Təbriz İsmayılzadə