BURA / ORA
Adını "həyasız" qoysaz da, mərdliyini sezin qadının - Murad Arif Tarix : 10 Sentyabr 2019, 22:25
Yazar : Qadinkimi.com
İstənilən sosial problemdə, toplantılarda, müxtəlif videolarda, "neftçilərin, şəhidlərin pulu" kimi mövzularda Azərbaycan qadınının danışığına, davranışına, cəsarətinə, çıxışlarına fikir verin. 

Jek müdiri, ya uşağının sinif rəhbəri, məktəb direktoru, ya işindəki rəhbərliyin haqsızlığına qarşı o qadının dirənişinə fikir vermisiniz? 

Adını " həyasız", "demaqoq" qoysanız da, o mərdanəliyi sezin bir... 

Azərbaycan qadını küçələrdə, bazarlarda, yollarda, həyətlərdə hansı zülmdən keçib ailə dolandırır?! 

Azərbaycan qadını canını, səhhətini fəda edib övlad oxudur... 

Bu başqa bir şeydir, bu, xüsusi edition (buraxılışdır). 

Dünyada qadın bir yana, Azərbaycanda bir yanadır, dostlar. Mən bu müqəddəs varlığın qarşısında baş əyirəm. 

Onu - qadını məişət zorakılığı ilə əzənlər, tezbazar ərə sırıyıb başından edənlər, təhsil almağa buraxmayanlar, dünyanın ən zəif adamlarıdır güman ki. 

O intihar videolarının çoxalmaması xatirinə, yol verin, imkan verin, təhsil verin Azərbaycan qadınına! 

O, öz şərəfini, namusunu, həyatını müstəqil formada və ən yüksək səviyyədə qoruyar da!

Oxumuş kişi oxumuş fərddir. Oxumuş qadın oxumuş ailədir, cəmiyyətdir. 

Təhsilin və azadlığın ziyanı olmur. Bütün zərər savadsızlıqda, mühafizəkarlıqda, qadağalardadır.
 
 

Murad Arif
qadinkimi.com