UŞAQ / BÖYÜK
“Ağca və yeddi cırtdan” nağılının verdiyi anti-feminist mesajdan bezən ata nağılı yenidən yazıb Tarix : 11 Dekabr 2019, 12:39

Klassik nağılların anti-feminist mesajından bezən bir ata "Ağca və yeddi cırtdan” nağılını yenidən yazıb. O, çarəsiz şahzadəni cəsur bir qəhrəmana çevirərək bütün cücələri də fərqli etnik qrupları təmsil edən qadınlardan seçib. 


Almaniyanın paytaxtı Berlində yaşayan 38 yaşlı yazıçı Stefan Kalinski 5 yaşlı qızı Lenanı yatızdıran zamanı oxuduğu nağıllardakı klassik hekayələri dəyişdirərək,"çarəsiz şahzadələri” "güclü, cəsur və ehtiyatlı qəhrəmanlara” çevirib. 


Onun hekayələrində yaraşıqlı prinslə sonsuza qədər xoşbəxt yaşayan bir şahzadə təsviri   verilməyib. Bunun əvəzinə dost olan qadın və kişi qəhrəman kitabın sonunda birlikdə dünyaya səyahət etmək qərarına gəlir

 

 


"Ayna-ayna, söylə mənə, ən cəsur kimdir dünyada?”


Stefan Kalinski belə izah verib: "Qızımın 3 yaşı var idi. Onu yatızdıran zaman "Ağca və yeddi cırtdan nağılını oxuyurdum. O, bu hekayəni çox sevdi. 

Bu, "yaxşıya - qarşı - pis"in hekayəsidi. Amma mən qızıma gözəlliyin bir qız üçün önəmliliyini və özünə hörmətin gözəllikdən asılı olduğunu, ev işləri görməsini və kimsə tərəfindən xilas edilməyi gözləməsini öyrədirdim. Bu, həqiqətən mənə çox pis təsir edirdi. Qızımın həyatda yeganə önəmli şeyin xarici görünüşü olduğuna inanaraq böyüməsini istəmədim. Buna görə də "ayna, ayna söylə mənə, kimdir ən gözəli bu dünyada” ifadəsindəki gözəl qismini "cəsur” sözü ilə əvəzləyərək oxumağa başladım”.  

Yaradıcı ata qızının bir neçə il sonra özü nağıl oxumağa başlayanda da bu tərzi davam etdirə bilməsi üçün yeni versiyanı nəşr etdirmək qərarına gəlir.  

 



Prinsin öpüşü ilə oyanır


Stefan Kalinskinin versiyasında klassik hekayədəki alma, prins, cadugər və yeddi cırtdan kimi bütün detallar eynilə olduğu kimi qalıb, amma hadisələr kifayət qədər fərqli təsvir edilib. 

Kitabda deyilir ki, hündürlük qorxusunu dəf edən Ağca hamıdan cəsurdur, buna görə də kraliça onu çox qısqanırBeləliklə, kraliça ovçudan şahzadəni öldürüb ürəyini ona gətirməyini istəyir. Şahzadənin dostu olan ovçu onu bir ağaca bağlasa da, o, qaçmağı bacarır. 


Şahzadə yeddi cücələrlə də tanış olur. Ancaq Sabrina, Akashi, Şakti, Leyla, Eqbo, Li və Tiaqo adı verilən cücələrin hamısı qadındır və hər biri fərqli bir etnik qrupa aiddir. Stefan Kalinski nağıllarda etnik köklərin kifayət qədər təmsil edilmədiyini düşündüyü üçün xüsusilə bu seçimi etdiyini bildirib. 

Zəhərli alma qismi isə orijinal hekayədə olduğu kimi qalıb. Almanı dişlədikdən sonra özündən gedən şahzadə şüşədən olan tabuta qoyulur. Ağcanı görən prins isə onu öpərək oyandırır; prins tabutu hərəkət etdirəndə şahzadə udduğu alma dilimindən qurtulur. 

 



Kitabın sonunda şahzadə ilə prins romantik münasibətə başlamaq əvəzinə, şahzadənin ən böyük arzusu olan dünya turuna çıxırlar. 


Kalinski "Pəri nağılları uşaqlar üçün çox güclü mesajlar verir. Övladlarımı bu kitablara və içindəki rəsmlərə baxarkən görürəm, oradakı məlumatı mənimsədiklərini və yazılan hər bir kəliməyə inandıqlarını hiss edə bilirəm. Bu, inanılmaz dərəcədə güclü bir şeydir, xüsusilə də kiçik yaşlarda. Bu nağıllar bütün dünyada tanınır və onları dəyişdirməyin artıq vaxtı çatıb” deyir. 

Kitab bu həftə oxucuları ilə görüşəcək.

 

 


Çevirdi: Xumar Hüseynova

qadinkimi.com